Osho – Əsarətin Mənbəyi

Osho – Əsarətin Mənbəyi

Tamamilə azad olmaq üçün bir kimsənin tamamilə fərqində olması lazımdır, çünki bizim əsarətimizin kökləri şüursuzluğumuzun içindədir; o çöldən gəlmir. Heç kim sənin azad olmağının qarşısını kəsə bilməz. Səni yox edilə bilərlər, amma sənin azadlığın, sən onu vermədiyin müddətcə o səndən alına bilməz. Hər zaman üçün sənin azad olmamaq arzundur səni azadlıqdan uzaqlaşdıran amil. Sənin asılı olmaq arzun, sənin özün olma məsuliyyətini tərk etməyindi azadlıqdan uzaqlaşdıran səni. Bir kimsə məsuliyyəti boynuna götürdüyü an… Və unutma yalnız güllər deyil tikanlar də var; yalnız şirin deyil onun içində acı anlar da var. Şirin hər zaman acı ilə tarazlanır, onlar hər zaman eyni nisbətdə gəlir. Güllər tikanlarla, gündüzlər gecələrlə, qışlar yaylarla tarazlanır. Həyat əks qütblər arasındakı tarazlığı qoruyur. O səbəblə bütün gözəllikləri, acıları, həzləri ilə və üzüntüləri ilə birlikdə qəbul etməyə hazır olan şəxs azad ola bilər. Yalnız belə bir kimsə azad ola bilər … Onu bütün üzüntüləri və bütün məstedici zövqləri ilə yaşa; hər ikisi də sənindir. Və unutma, sərxoş edici zövq acı olmasa yaşaya bilməz, həyat ölüm olmasa var ola bilməz və sevinc kədər olmasa mövcud ola bilməz. Həyat bundan ibarətdir; bunun üçün bir şey edilə bilməz. Əşyanın təbiəti budur, əşyanın Tao-su budur. Bütün yaxşılıqları və bütün pislikləri ilə, bütün gözəl və bütün gözəl olmayanlarla nəyəmsə o olaraq özün olma məsuliyyətini qəbul et. Bunu qəbul etməklə içində bir vərdiş halı reallaşar və insan o an azad olar. Osho Mənbə.bilgibazarı.com
568 Views