Oskar mükafatı: Ən yaxşı film "Moonlight" qalmaqalı

Oskar mükafatı: Ən yaxşı film "Moonlight" qalmaqalı

Amerikanın "Oskar" Kinematoqrafiya Sənəti Akademiyasının "ən yaxşı filmi" mükafatını Barry Jenkins-in "Moonlight" filmi alıb.

Hərçənd ki dəqiqələr öncə bu nominasiyada "La-La Land" musiqili filmi səhvən elan edilmişdi. Mükafatı təqdim edən Warren Beatty izah edib ki, ona səhv məktubu veriblər. Elandan sonra səhnəyə çıxan "La-La Land" filminin çəkiliş qrupu təşəkkür nitqinə başlayıb. Prodüserlərdən biri onları saxlayıb və bildirib ki, əslində "Moonlight" qalib gəlib. .
Fotonun müəllifiGETTY IMAGES
Image captionBarry Jenkins-in "Moonlight" filmi "İlin ən yaxşı filmi" oldu
      "La-La Land" filmi isə başqa nominasiyalarda 6 dəfə qalib olub. Belə ki, baş rol ifaçısı Emma Stone "ilin ən yaxşı aktrisası" mükafatına layiq görülüb.
Fotonun müəllifiREUTERS
Image caption"İlin ən yaxşı aktrisası"- Emma Stone
          Filmin rejissoru Damien Chazelle "ən yaxşı rejissor işi"nə görə "Oskar"ı qazanıb. "Bu sevgi haqqında film idi və mən onu hazırlayarkən sevgiyə düçar olduğuma görə xoşbəxt idim", o mükafatı alarkən bildirib. Chazelle bu mükafatı alan ən gənc rejissorlardan biridir.
Fotonun müəllifiGETTY IMAGES
Image caption"İlin ən yaxşı aktyoru" - Casey Affleck
      "Dəniz sahilində Manchester" filmində oynamış aktyor Casey Affleck "ilin ən yaxşı aktyoru" olub. Bu ada "La-La Land"da baş rolu ifa vermiş Ryan Gosling də namizəd idi. "La-La Land" əvvəldən bu mükafatın favoriti sayılırdı. Musiqili film 14 nominasiya üzrə namizəd olsa da, onlardan bir qismini uduzub. Bu film mahnı və musiqilərinə, eləcə də operator işinə görə də iki mükafat alıb. Mənbə.bbc.com
568 Views