Qəribə tapıntılar
Bu boyda adam olar?
1895-ci ildə İrlandiyada mineral axtarışları zamanı, Şəkildə gördüyünüz daşlaşmış şəkildə olan insan tapılıb. Bu daşlaşmış insanın boyu 3 metr 70 santimetr olub. Sağ ayağında isə barmaqlarının sayı isə 6-ı dır. Daş vəziyyətində olduğu üçün hal hazırda çəkisi 2050 kq-dır. Şəkildə boyunu yaxşı təsəvvür etməyiniz üçün onu qatar vaqonunun qarşısına qoyublar.
Görəsən belə böyük daşı necə daşımaq olar?
Lübnanın Ballbek şəhəri yaxınlığından tapılmış çox böyük qaya parçaları. Bu qaya parçaları min illər bundan əvvəl buraya gətirilib və yonularaq bu hala gətirilib. Bu gördüyünüz monolit isə insan tərəfindən cilalanmış ən böyük daş parçasıdır. Çəkisi 1050 tondur uzunluğu isə 25metrdi.
Qədim yaponların kosmonavtları.
Miladdan əvvələ aid olan Yapon heykəlləri. Göründüyü kimi bu heykəllər kosmonavt paltarında təsvir olunub. Hətda bu heykəllərdən birinin eynəyidə var sanki günəş işıqlarından qorunmağa çalışır.
Yəni qədim Misirlilər Avstraliyaya gedib çıxıb?
20-ci əsrin əvvəllərində 250 -ə yaxın heroqlif Sidney şəhərinin 100 km şimalında kəşf olunmuşdu. Qəribəsi bundadı ki, bunlar qədim misir heroqlifləri idi. Hətda Misirlilərin ölüm Allahı Anibusun da şəkli bu heroqliflərlə bir yerdə çəkilmişdi. Alimlər bu tapıntıya heç bir elmi açıqlama verə bilmədilər. Çox qəribə bir sual yaranırdı. Yəni qədim misirlilər Avstraliyaya gedib çıxıb?
Topladı və tərcümə etdi: Nuranə Heybəova
Mənbə.kayzen.az