Rafael Santi – Afina Məktəbi (1509-1511)
İtalyan rəssam Rafael Santinin (Raffaello Sanzio) əsəri olan Afina Məktəbi (Scuola di Atene) Apostol Sarayında divar rəsmidir.
Fəlsəfəni təmsil edən rəsm renessans incəsənətinin ən tanınmış əsəridir. 1509-1511 illərində yaradılan əsərin mərkəzində iki filosof Platon və Aristotel yerləşir. Onların ətrafında isə dövrün seçilən filosof və riyaziyyatçıları rəsm edilib. Yaşlı olanın Platon olduğunu Aristolelin məlllimi olması və eyni zamanda
əllərindəki kitablardan bilirik. Platonun əlində kitabı olan Timeos’u, Aristotel isə öz kitabı Ethica’nı tutur. Kitablar iki filosofun bir birinə əks olan düşüncələrinə işarə edir. Platon daha çox aləmə idealist baxışı müdafiə etməkdə və görə bilmədiklərimizlə maraqlı idi. Rəssam bunu Platonun barmağı ilə yuxarıya işarə etdiyini və eyni zamanda üzərində olan geyimin rəngi ilə bildirib. Bənövşəyi rəng havanı təmsil edərkən, qırmızı rəng alovu təmsil edir. Bunların isə heç birinin ağırlığı yoxdur. Aristotel isə fəlsəfində görünəni, real olanı araşdırmış və fundamental məsələləri tədqiq etmişdir. Rəsimdə bu Aristotelin əli ilə yeri işarə edərək reallığı, dünyada var olanı tədqiq etməli olduğumuzu bildirir. Bu eyni zamanda geyiminin rəngi ilə də bildirilmişdir. Mavi rəng suyu, qəhvəyi rəng isə torpağı bildirir və Platondakının əksi olaraq hər ikisinin də bir ağırlığı var. Bu fikir ayrılığı rəsmin geridə qalan yerlərində də davam edir. Platonun sağında yer alanlar idealizmi, Aristotelin solundakılar isə reallığı vurğulayan alimlər və dövrün seçilmiş insanlarıdır.
Mənbə. bilgibazarı.com götürülmüş maraqlı məqalədi