Səhərlər bir stəkan sarıköklü suyun — İNANILMAZ FAYDASI

Səhərlər bir stəkan sarıköklü suyun — İNANILMAZ FAYDASI

Sarıkök ankoloji xəstəliklərin proflaktikasında da istifadə edilir. Hindistanlılar demək olar ki, hər gün sarıkökdən bol miqdarda istifadə edirlər. Ona görə də bu ölkədə ağciyər, prostat, süd vəzi, yoğun bağırsaq və bir çox digər orqanların bədxassəli şişləri çox az miqdarda müşahidə edilir. Bu ədviyyatın ən ideal istifadə vaxtı səhər tezdəndir. Belə ki, onu sadəcə 1 stəkan suya qarışdırıb içmək kifayətdir.  Siz ümumi əhvalınızın yaxşılaşdığını həmin dəqiqə hiss edəcəksiniz. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək. 2. Orqanizminizi toksinlərdən təmizləmək üçün bir aylıq sarıköklə müalicə kursuna başlayın. Xüsusilə bu proseduru yazda edin. Səhərlər acqarına yarım çay qaşığı ədviyyatı su ilə qarışdırıb için. 15 dəqiqə heç nə yeməməyə çalışın.
3. Əgər az da olsa sizdə anemiyanın əlamətləri varsa, onda balla sarıkök qəbul edin. Bu orqanizmdəki dəmir qıtlığını aradan qaldırılacaq. ¼ çay qaşığı sarıkökü bir az balla qarışdırın. Bu dadlı dərmanı hər gün acqarına qəbul edin. İstəsəniz onu su ilə də içə bilərsiniz. 4. İmmunitet zəifləyəndə bu resetdən istifadə edin: 0,5 ç.q. sarıkök tozunu 30 ml isti südlə qarışdırın, onu gün ərzində kiçik porsiyalarla qəbul edin. Bir neçə günə vəziyyətinizin yaxşılaşdığını hiss edəcəksiniz. Sarıköklə müalicənin əks göstəriciləri: kəskin mədə xorası və böyrək xəstəliklərində bu ədviyyatdan istifadə etmək məsləhət görülmür. İki yaşına qədər uşaqlara sarıkök vermək olmaz, 5 yaşına qədər uşaqlara isə ehtiyyatla vermək lazımdır. Hamilə və ya süd verən analar hərdən, çox az miqdarda sarıkökdən istifadə edə bilərlər. Lakin bunu tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz yaxşı olar. Mənbə. exobaku.com  
568 Views