Yuxuda Evlənmək
Yuxuda evlənmək ümumi olaraq Allahın sizə diqqətini əks etdirir. Ancaq, yuxuda evlənmək tək bir şəkildə yozulmadığı kimi, fərqli şəkillərini də görmək mümkündür. Fərqli qaynaqlar tərəfindən izah edilən bu yuxu, maddi cəhətdən kasıblamaq, borca girmək, sıxıntılarla qarşılaşmaq kimi yozulur. Eyni zamanda yuxuda tanımadığınız bir adamla evləndiyinizi görmək, şəxsin yaxın vaxtlarda evini dəyişəcəyi mənasını verir. Ancaq, əvvəlcədən tanıdığınız biri ilə evləndiyinizi görmək sizi o insanla yaxınlaşdıracaq və hətta həmin adam sizin maddi durumunuza kömək edəcəkdir. Ümumi olaraq yuxuda evləndiyini görmək xoş əlamət və xeyir xəbər olaraq izah edilir.
Yuxuda ikinci dəfə evləndiyini görmək
Bu yuxu sevindirici xəbər alacağınız, ailə üzvlərinizin sizə qərarlarınızda dəstək olacağı mənasına gəlir. Əgər bundan əvvəl hər hansı bir çətinliklə üzləşmişsinizsə bu çətinlik azalacaq və hətta həyatınız birdən dəyişəcəkdir. Bu yuxu əsasən əhatənizdəki insanların sizə dəstək verəcəyi şəklində izah edilir.
Övladı olan ananın evləndiyini görməsi
Bu həmin şəxsin övladlarından birinin toyunun yaxınlaşdığına işarə edər
Yuxuda evlənmək fikrindən daşınmaq
Əgər siz evlənmə ərəfəsindəsinizsə, bu sizin tərəddüd etdiyinizi göstərir və hələ bir qədər götür- qoy etməli olduğunuzu deyir. Əgər siz evlənmə ərəfəsində deyil, ancaq biri ilə bunu düşünürsünüzsə, bu həmin şəxsin sizdən istifadə etmək istədiyini, duyğularınızla oynadığını göstərir.
Sevdiyi biri ilə evlənmək
Əgər siz yuxunuzda sevdiyiniz biri ilə evləndiyinizi görmüsünüzsə, elə bu real həyatda da bu şəkildə olacaqdır. Yəni, siz tezliklə evlənəcək və istədiyiniz həyatı yaşayacaqsınız. Yuxuda sevdiyi biri ilə çətinliklə evlənən birinin, sevdiyi şəxslə uzun bir tətilə çıxacağı güman edilir. Evləndikdən sonra xoşbəxt olmadığını görən şəxs həyatda vermiş olduğu bir qərardan ötrü vicdan əzabı çəkib, peşman olacaqdır.
Öz həyat yoldaşı ilə evləndiyini görmək
Yuxuda öz həyat yoldaşı ilə yenidən evlənən biri həyatda, xüsusi ilə də ailə həyatında xoşbəxt olacaqdır. Bu yuxu xoşbəxt və uzun ömrlü gələcəyə işarə edər.
Evlənmək istəmək
Yuxuda evlənmək istəmək çətin həyat gedişinin ardından xoş günlərin başlayacağına işarədir. Bu yuxu eyni zamanda qarşıda duran seçimdə doğru qərar qəbul ediləcəyi və nəticədə problemlərin ortadan qalxacağı kimi izah edilir.
Məşhur biri ilə evlənmək
Həmin şəxsin bəxtinin açılacağı, şansının üzünə güləcəyi bir sözlə tezliklə əlini uzatdığı şeydə uğur qazanacağı güman edilir.
Yaşlı qadınla evlənmək
Həmin şəxs ondan gözlənilməyən səhvlərə yol verəcək, maddi cəhətdən çətinliklə üzləşəcəkdir. Yenidən başlamaq üçün bəzi maraqlarına göz yumacaqdır.
Evli biri ilə evlənmək
Bu yuxu yaxşı əlamət olaraq yozulmur. Yuxuya əsasən həmin adamın (yuxu görənin) riskli bir işə başlayacağı və çox keçmədən zərərlə qarşılaşaraq çətinliklə üzləşəcəyi güman edilir. Maddi sıxıntı tez bir zamanda özünü biruzə verəcəkdir.
Köhnə sevgili ilə evlənmək
Bu həyatda böyüklərin və ailə üzvlərinin də razılığı ilə arzu edilən bir şeyə razılığın verilməsi və xoş günlərin başlanğıcı kimi izah edilir.
Var dövlətli bir adamla evlənmək
Bu yuxu ümümi götürdükdə olduqca pozitiv məna kəsb edir. Yuxuya əsasən həmin adamın iş həyatında maaşın artacağı, işlərin yaxşılaşacağı, sevdiyi adamla ailə həyatı quracağı və bacarıqlı övladsahibi olacağı güman edilir.
Mənbə. bilgibazarı.com