Yuxuda İt Görmək (Yuxu Yozma)
Yuxuda it görmək onu nə şəkildə gördüyünüzə bağlı olaraq dəyişir. Məsələn, yuxudakı it istəklərinə və nəfsinə qalib gələ bilməyən bir kişini təmsil etməkə bərabər, bəzən mərhəmətli, əliaçıq birinə də işarə etmiş ola bilər. Eyni zamanda itin cinsi də fərqli yuxu yozmaya səbəb olmaqdadır. Dişi it əsasən xaraktersiz və təhlükəli qadına işarədir.
Hürməyən (süs) it görmək-Ailə içi problemlərə işarə edən bu yuxu başlıca olaraq ər-arvad arasındakı inciklikdən xəbər verər. Süs (hürməyən) bir iti qucağınıza almaq həyat yoldaşınıza xəyanət edəcəyinizə işarədir. Süs iti satın almaq isə yaxın qohumlarınızla aranızda yaranacaq problemə işarə edər. Sonradan qarşılıqlı anlaşma ilə həll olunacaq problem əsasən mal-mülk mövzusu ilə bağlı ola bilər.
İt sürüsü görmək-Bu yuxu şəkli ümumulikdə xoş əlamət olaraq şərh edilir. Bəhsolunan yuxu sizin uzun müddətdir ürəkdən arzu etdiyiniz istəklərinizə qovuşacağınıza işarə edər.
İtin üzərinizə hücum etməsi-Üzərinizə hücum edən it geymiş olduğunuz paltarınızı cırarsa planlarınızda bəzi axsamalarınız olacaq və həll etməli olduğunuz işləriniz ləngiyəcəkdir. Əgər hücum edən it sizi dişləməmişdirsə bu, ətrafınzda paxıllığınızı çəkən insanların olduğuna işarə edər. Ancaq, tədirgin olmamaqda fayda var. Onların sizə zərəri dəyməyəcəkdir.
Qara və ya ağ it görmək-Yuxuda qara it sizin xüsusi ilə sağlamlıq problemi ilə qarşılaşacağınız, ağ it isə, sizin paxıllığınızı çəkən birinin varlığı şəklində izah edilir. Ancaq, həmin adam yumuşaq qəlbli və mərhəmətlidir. Onunla ortaq nöqtəyə gəlmək o qədər də çətin deyil.
Hürən it-Bu yuxu sizin xoş olmayan xəbər eşidəcəyinizə, ətrafınızdakı bəzi insandan (insanlardan) soyuyacağınıza işarə edər.
İtin sizi dişləməsi-Bu tərz yuxu ümumiyyətlə yaxşı əlamət kimi izah edilmir. Əgər it yuxunuzda sizi dişləyərsə bu bəzi insanların, xüsusi ilə də iş mühitindəki insanların sizə zərəri dəyəcəyinə işarədir. Yuxudakı ağrının şiddəti nə qədər böyükdürsə, həyatdakı zərəriniz də o qədər böyük olacaqdır. Bu şəkildə yuxu eyni zamanda dost xəyanəti ilə də əlaqələndirilir.
Boğuşan itlər-Biri-biri ilə boğuşan itlər görmək əslində yaxşı xəbərin elçisidir. Bu yuxu sizin paxıllığınızı çəkən insanların öz aralarında pis münasibət başlayacağına işarədir.
Bala it-Bu yuxu körpə uşağa işarə etməkdədir. Bu sizin və ya bir başqasının da uşağı ola bilər.
Ölmüş it-Ümumilikdə xoş olmayacaq hadisələrə işarədir. Siz bəzi problemlərlə qarşılaşacaq və bir müddət zəfər üçün mübarizə edəcəksiniz.
Ev iti-Yuxunuzda gördüyünüz ev iti sizin yumuşaq qəlbli olduğunuza, çoban iti isə, özünüzü ətrafdakılarına nümayiş etməkdən zövq aldığınıza işarə edər.
Ana it görmək-Bu yuxu xoş xəbərin elçisidir. Öz balalarını əmizdirən ana iti görmək övladlarınızın sizə qarşı diqqətindən, qayğısından xəbər verər. Əgər övladlarınız yoxdursa, gələcək ailə həyatınızın uğurlu olacağına işarə edər.
İtə xalta taxmaq-Yuxuda itə xalta taxmaq və onu gəzdirmək yaxın zamanlarda ətrafınızdakı insanların, xüsusi ilə də dostlarınızın köməyinə ehtiyacınız olacağına işarə edər.
Ümumi şərh. Yuxuda it görmək bir qədər sizin pisixoloji vəziyyətinizlə də əlaqəlidir. Əgər siz bir qədər gərgin və ətrafınızdakılardan şübhə edirsinizsə bu zaman yuxunuza it girmə ehtimalı yüksələcəkdir. Ümumi şəkildə yuxuda it görmək xoş əlamət sayılmır və ətrafınızda paxıllığınızı çəkən insanlara işarə edər. Ancaq, ana it görmək, it boğuşması görmək kimi bəzi başlıqlar istisna təşkil edir.
Mənbə.bilgibazarı.com