Yuxuda Pul Görmək

Yuxuda Pul Görmək

Yuxuda pul görmək ümumi olaraq iki şəkildə izah edilməkdədir. Bunlardan birinə görə yuxuda pul saymaq sizin ətrafınızda iki üzlü və paxıllığınızı çəkən insanların olduğuna işarə edər. Bir başqa sözlə bu səpgidən olan yuxular dedi-qodu, kimlərinsə sizin haqqınızda, ya da bir başqaları haqqında sizin dilinizdən deyiləcək xoş olmayan sözlərə işarə edər. Digər bir tərəfdən isə, bu yuxular sizin maddi sıxıntılarınızın ortadan qalxacağına və kimlərəsə etmiş olduğunuz yaxşılıqlar artıqlaması ilə geri gələcədir.   Yuxuda pul tapmaq Bu yuxu əsasən iki şəkildə izah edilir. Bunlardan birinə görə qismətiniz və üzünüzə bağlı olan qapılar açılar, maddi cəhətdən rahatlayarsınız. Digər bir tərəfdən isə, yuxuda pul tapmaq birilərinə borc verəcəyiniz və ya borcunuzu bağlayacağınız şəklində də yozulur. Yuxuda pul kəsmək Yuxuda birilərinin pul kəsdiyini görmək, xüsusi ilə kişi cinsindən birinin sizin arxanızca xoşagəlməz əməllər etdiyinə işarə edər. Eyni zamanda ətrafdakıların sözlərini çox da ciddi qəbul etməməyinizi və diqqətli olmağınızı təklif edər. Yuxuda pul kəsən şəxs özünüz olacağınız təqdirdə bu sizin ətrafdakı insanların məsləhətini almadan bəzi qərarlar verəcəyiniz mənasını daşıyır. Yuxuda pulu udmaq Bu yuxu ümumi şəkildə işlənəcək günah kimi yozulur və bəhs olunan günah İslam dini cəhətdən qəbul eilməmiş yanlışlar cinsindədnir. Digər bir sözlə, yuxuda pul günahı, qızıl isə İslamı təmsil edər. Əgər siz yuxuda qızıl pul udduğunuzu görmüsünüzsə, bu yuxarıda da bəhs olunan kimi günah şəklində izah edilir. Yuxuda pul cırmaq Bu yuxu pis adətlərinizdən əl çəkəcəyiniz və uzun zamandır özünüzə yaraşdırmadığınız vərdişlərinizi yarıda qoyacağınıza işarə edər. Yuxuda pul itirmək Bu yuxu daxili rahatsızlıq və depressiya kimi yozulur. Yuxuda qəpik görmək Bu bəzi insanlarla münasibətlərinizin korlanacağı və hətta küsəcəyiniz şəklində yozulmaqdadır. Əgər yuxudakı qəpik pullar sizə aid deyilsə və yaxud da siz ondan yaxa qurtardığınızı görmüşsəniz bu zaman yuxarıda bəhs olunanların tam tərsi yaşanacaqdır. Yuxuda kağız pul görmək Bu sizin pul itirəcəyiniz şəklində izah edilir. Yuxuda qəpik yığmaq, toplamaq Bu sizin münasib hətta ucuz qiymətə mülk alacağınız və digər tərəfdən də varlanacağınız mənasını verir. Ancaq bunun üçün bir qədər çalışmalı olacaqsınız. Yuxuda birinə pul vermək Bu elə yuxuda olduğu şəklində yozulmaqdadır. Yuxu görən şəxs bəzi insanlara əl tutaraq onların güzəranını düzəldəcək, yaxşılıq edəcəkdir. Yuxuda borc almaq Bu yuxu görən şəxsin qürurlu davranmasına baxmayaraq, yaxın zamanlarda qürurunu bir kənara qoyub qərar qəbul etmək məcburiyyətində olacağına işarə edər. Yuxuda pul itirib tapmaq Bu həmin şəxsin əvvəllər uğursuz olduğu işə yenidən girişəcəyi, bu dəfə isə uğurlu olacağı şəkildə izah edilir. Eyni zamanda yuxu inadkarlığa, ruhdan düşməməzliyə də işarə edər. Mənbə. bilgibazarı.com
568 Views