Yüzlərlə maral öldürən ovçuya cəza

Yüzlərlə maral öldürən ovçuya cəza

ABŞ-da yüzlərlə maralı ovlayıb onların yalnız başlarını götürən şəxs bir illik cəzadan əlavə, ayda ən azı bir dəfə Bembi cizgi filmini izləməli olacaq.

Missuri ştatının sakini David Berry atası və qardaşı ilə birlikdə avqust ayında həbs olunub. Onlar ovladıqları maralların başlarını kəsəndən sonra cəsədləri meşədə qoyurdular. Ştatın məhkəməsi qərara alıb ki, müttəhim 23 dekabrdan etibarən, ayda ən azı bir dəfə Bembi filmini izləməlidir. Anası ovçular tərəfindən öldürülmüş maral balası barədə film 1942-ci ildə çəkilib Berry-nin dəqiq neçə maral öldürdüyü açıqlanmayıb. Lakin bir ay davam edən araşdırma zamanı ətraf mühitin mühafizəsi departamentinin rəsmiləri "bir neçə yüz" maralın öldürülmüş olduğunu deyiblər. Mənbə. bbc.com
568 Views