Ağıllı Olmanın Zərərləri
Bəzi dahi və yaxud da zəkalı insanların həyatına baxıldığında onların əksər hissəsinin heç də xoşbəxt yaşamadıqlarını görə bilərik. Bu mövzu ilə bağlı ortaq fikirlər əsasən iki düşüncə üzərində durmaqdadır. Zəkalı insan, yoxsa doğru yerdə ən yaxşı qərarı qəbul edən (rasyonal insan) insanlar toplum üçün daha faydalıdır.?
Birinci dünya müharibəsində ön cəbhədə yüksək mövqelərdə xidmət edəcək insanların seçimində İQ (məntiqi biliyi ölçən test) testindən istifadə edilirdi. Bəhsolunan testi daha sonra 1926-cı ildən pisixoloq Lewis Terman istifadə etməyə başlamışdır. Ancaq Terman bu testi uşaqlar üzərində tətbiq etmiş, daha sonra onların gələcək həyatının axışını izləməyə başlamışdır. İQ test nəticələrində 140 dan artıq nəticə göstərənlər gələcək həyatlarında izlənilməyə davam edilmişdir. 1500 uşaqdan hətta 80-nin nəticəsi 170-dən artıq idi. Ancaq, sonrakı həyatlarında onlardan bəziləri yüksək maaş, yaxşı vəzifə əldə etsə də, bu hər biri üçün keçərli olmamışdı. Digər bir sözlə pisixoloq Termanın gözləntiləri özünü tam doğrultmamışdı. Bu uşaqların da içində, boşananlar, intihar edənlər və spirtli içkiyə düçar olanlar da var idi.
Nəticə yüksək zəkaya sahib olmağın uzun zaman dilimində heç də gözlənilən qədər faydalı olmadığını ortaya qoydu.
Bu testlə əlaqəli ortaya çıxarılmış nəticələrdən biri məsuliyət yüküdür. Digər bir sözlə, yüksək zəkaya sahib bu insanlar ətrafdakıların olnlardan daha artıq nəticə gözlədiklərini bildikləri üçün hər zaman daha artığını əldə etməyi düşünürlər. Nəticədə bu düşüncə onları rahat qoymamaqla bərabər, ruh düşgünlüyünə də salır. Yəni, bu insanlar öz hədəfləri və başqalarının onlardan gözlədiklərini bir yük kimi ömür boyu daşıyarlar. Buna ən yaxşı örnək, 12 yaşında Oxford Universitetinə daxil olmuş dahi Sufiah Yusof-dur. Əksər dahi insanların həyatlarında qarşımıza çıxan bənzər mənzərə kimi, o da təhsilini yarım qoyaraq qarsonluq etməyə başlamışdır.
Kanada Universitetinin hətaya keçirdiyi tədqiqat İQ nəticəsi yüksək olan insanla, gün boyu əndişə içində olma arasında sıx bağın olduğunu aşkar edilmişdir. Yəni, bu insanlar hətta günlük adi problemləri belə gün boyu düşünərək onları özləri üçün dərd edirlər.
İkinci insan tipi (rasyonal insan) ilə bağlı ortaya çıxarılmış nəticə İQ baxımından uğurlu olan bir insanın rasyonal (doğru yerdə doğru qərar vermək) insandan daha az faydalı olduğunu aşkar etmişdir. Toronto Universiteti tərəfindən həyata keçirilən bu araşdırma daha düzgün və qərəzsiz qərar qəbul etmək üçün İQ testinə gərək olmadığından yanadır. Tədqiqat hətta İQ test nəticəsi yüksək olanların başqalarının səhvlərinə qarşı bağışlamaz mövqe tutduqları halda, öz səhvlərinin üzərindən daha asanlıqla keçdiklərini də aşkarlamışdır. Universitetin araşdırması İQ testində uğurlu olan insanların məntiqsiz qərar qəbul etmələrinin olduqca gözlənilən olduğunu isbat etmişdir.
Son olaraq İQ test nəticəsi yüksək olan insanları rasyonal olanlardan qərar qəbul etmə baxımından daha faydasız olması onların əksər hallarda digər insanlara qarşı daha qərəzli davranmaları ilə açıqlanmalıdır. Bu baxımdan şirkətlərin də İQ testi ilə bərabər rasyonal qərar qəbul edəbilən insan tipinə üstünlük verməsində fayda var. Yeri gəlmişkən Google şirkəti öz işçilərini rasyonallıq əsasında seçməyə üstünlük verir.
Qaynaq: bbc
Mənbəmiz. Bilgibazarı.com