Bəziləri Nə Üçün Daha Şanssızdır?
Şans və ya bəxt. Bəzi insanlar şanssız olduğundan şikayət edərkən, bir qrup insanlarsa uğur qazanmağını şansla deyil, öz iradəsi ilə mümkün olduğunu dilə gətirir. Bir qədər də açıqlama versək nədən bəhs etdiyimizi anlamaq və buna bənzər bir neçə hadisəni həyatınız boyu yaşadığınızı xatırlamaq çətin olmayacaq. Məsələ burasındadır ki, günümüzdə əksər insanlar uğursuz olduqda bunu bəxtsizliklə əlaqələndirir. Məsələn, imtahandan istədiyi nəticəni əldə edə bilməyən tələbə, sualların çətinliyini əsas gətirərək bəxtsizlik amilini irəli çəkər. Yaxud da, idman oyunlarında məğlub olan biri, avtomobil qəzasına yol verən bir digəri. Hər birinin yaranmış xoşagəlməz vəziyyətlə əlaqəli açıqlaması əksər vaxtlarda yuxarıdakı ilə eynidir. Bunun yerinə iş mühitində yüksək vəzifəyə təyin olunmuş əksər insansa bunu şansla deyil, uğurlu insan olduğu ilə əlaqələndirir.
Professor Richard Wiseman 2000-ci illərin ortalarında şans və şanssızlığın sirrini ortaya çıxarmaq üçün tədqiqata başlamışdır. Qazetdə verdiyi elanla o özünü şanslı və şanssız hesab edən insanların onunla əlaqə saxlamasını istəmişdir. Onun istəyinə cavab verən bir qrup insan eyni zamanda Richard Wisemanın təcrübəsində könüllü olaraq iştiraka razılıq vermişlər. İllərcə onlar üzərində müşahidə aparan Richard Wiseman ən sonda bir praktiki təcrübə etmək qərarına gəlmişdir. Araşdırma iştirakçılarına bir qazet verərək onun içindəki şəkil sayısını sayıb demələrini istəyən Professor təcrübədən geriyə qalan xatirələrini bu şəkildə dilə gətirir. “İnsanlar arasında şanslı və şanssız olaraq böyük fərqin olduğunu düşünmürəm. Sadəcə olaraq onlardan bəziləri öz şansını görməyi bacararkən, digərləri görməyi bacarmaz. Eyni ilə mənim təcrübəmdəki kimi. İştirakçılara verilmiş qazetdəki şəkillərin birinin üzərinə “tədqiqatçıya bu yazını gördüyünüzü deyin və 250 dollar qazanın” yazılmışdı. Ancaq, yazı səhifənin yarısı qədər olmasına baxmayaraq özlərini şanslı hiss edənlər bunu görürkən, şanssız hesab edənlər görə bilməmişdi”.
Çünki, özünü şanssız hesab edən insanlar digərlərinə nisbətdə daha gərgindirlər və onlar axtardıqlarını tapmağa həddən artıq diqqət verirlər. Şanssız insanlar izdihamlı bir məclisə özləri üçün sevgili axtarmaq məqsədi ilə getdikdə, çox sayıda dəyərli yeni dost qazanmaq şanslarını itirərlər. Şanslılar bu fürsəti qaçırmadıqlarından daha uğurlu olur.
Təcrübə bitdikdən sonra, bir qrup iştirakçıya şanslı insan kimi düşünmələri üçün köməkliklər göstərildi. Bir ay müddətində davam edən bu mərhələ nəticəsində özlərini şanssız hesab edən insanların 80%-i daha xoşbəxt olduğunu dilə gətirdi.
Qaynaq: Richard Wiseman\The Luck Factor və bilgibazarı.com