Görmə Qüsurlu İnsanlar Yuxu Görürmü ?

Görmə Qüsurlu İnsanlar Yuxu Görürmü ?

Yuxu görmək hər bir insanın sahib olduğu hisdir. Ancaq görülən yuxular arasında fərqliliklər vardır. Bunlar arasında ən maraq çəkəni isə görmə qüsuru olan insanların yuxu görüb görmədikləridir. Amma, görmə qabiliyyəti olmayan insanlarda da yuxu görmə şəkli arasında fərqliliklər müşahidə edilməkdədir. Zəyif görə bilən insanlar yalnızca gündüz gördükləri şəkildə yuxuların şahidi olurlar. Yəni, onlar gündüz ancaq işığı, ya da hər hansı bir əşyanı çox yaxından seçə bilirlərsə yuxuları da buna bənzər  olacaqdır. Sonradan görmə qabiliyyətini itirmiş insanlar isə, uzun bir müddət normal insanlar kimi yuxu görməyə davam edərlər. Amma, həyatlarındakı sonradan baş vermiş dəyişiklikləri ya da sonradan tanıdıqları insanları yuxularında canlandıra bilməzlər. Sadəcə səslərini eşidərlər, onlara toxunduqlarını hiss edə bilərlər. Sonradan görmə hissini itirən insanların bir müddətdən sonra real həyata bənzər şəkildə gördükləri rəngli və hərəkətli yuxuların sayısı azalmağa başlar və bu izlər beyindən tamamı ilə yox olduqdan sonra hərəkətli yuxular da yox olar. Anadangəlmə görmə qüsuru olan insanlar isə yuxularında yalnızca səslər duya bilirlər. Yəni, bu insanların yuxuları səslərdən ibarət olur. Onlar yalnızca toxunma, hiss etmə, eşitmə nəticəsində əldə etdikləri siqnalları yuxularında duyur və eşidirlər. Digər bir deyişlə anadangəlmə görmə qüsurlu insanların yuxularında heç bir rəng və hərəkət yoxdur.
568 Views