Məktub Göyərçinləri Məlumatı Necə Daşıyır ?
Keçmiş zamanlardan atlılarla bərabər xəbər aparan canlılardan biri də göyərçinlər olmuşdur. Bu səbəbdən də bu quşlar tarixdə insanlıq həyatına ən çox fayda göstərmiş canlı kimi də tanınır. Bəs göyərçinlər xəbəri bir yerdən digərinə necə aparır.?
Bu sahədə xüsusi qabiliyyəti olmayan bu quşlar, çox sadə üsulla məlumatı qeyri-iradi olaraq bir yerdən digərinə çatdırmış olurlar. İlk əvvəl bir yuvada saxlanılan bu quş daha sonra digər bir yerə aparılır. Yeni yuvada bir müddət yaşayan göyərçinin bir başqa quşla cütləşməsinə icazə verilmədiyindən (ilk yuvadan fərqli olaraq), yeni yuvadan azad edilən göyərçin dərhal əvvəlki yuvasın geri dönür. Bu isə,məlumatın bir yerdən digər yerə çatdırılmasına şərait yaratmış olur.
Bu quşların əvvəlki yuvalarını necə tapdıqları isə uzun müddət fərziyyələr şəklində ortaya atılmış, ancaq 1960-cı illərdə buna elmi açıqlama gətirilmişdir. Məlum olmuşdur ki, göyərçinlər cəhəti və hər hansı bir ərazini tapmaq üçün atmosferdəki hava malekullarından və qütb maqnitlərindən istifadə edir.
Mənbə. bilgibazarı.com