Rəng Fərqləndirmə Korluğu-Daltonizm

Rəng Fərqləndirmə Korluğu-Daltonizm

İnsan gözü 15000 dən artıq rəngi seçəbilmə gücünə sahibdir. Bu insan gözünün arxasındakı 3 piqment əsasında gerçəkləşir. Bu piqmentlər qırmızı, yaşıl və mavi rənglidir. Piqmentlər vasitəsi ilə siqnallar kodlanaraq beynə göndərilir və beyin rəngləri təyin edər. Ancaq, bəhs olunan 3 piqmentdən birində, yaxud da hər üçündə də əksiklik olması insanın “Daltonik” olmasına səbəb olur. 1700-cü illərin sonlarında yaşamış İngiliz alim John Dalton özü də bu çatışmazlıqdan əziyyət çəkirdi və ilk dəfə “daltonizm” haqqında elmi axaşdırma etməyə çalışmışdır. İrsən keçici olan bu çatışmazlıq nəticəsində insanlar rəngləri biri-birindən fərqləndirməkdə çətinlik çəkirlər. Daltonik insanların digər insanların rəng dünyasından olduqca fərqli anlayışları vardır. Digər bir sözlə bu insanların əsas ana rəngləri mavi və sarıdır. İrsən keçəbilən bu çatışmazlıq başlıca olaraq oğlan uşaqlarında görülə bilməklə bərabər çox az faizlə qız uşaqlarıda da müşahidə edilir. Bu çatışmazlığın oğlan uşaqlarında var olması üçün valideyinlərdən birində bu çatışmazlığın müşahidə edilməsi yetərlidir. Ancaq, qız uşaqları üçün hər iki valideyinin daltonik olması gərəkidir. Dünya üzərində kişilərin 8%-i, qadınların 0.5%-i daltonikdir. Sözüedilən çatışmazlıq bundan əziyyət çəkən tərəflərə bir sıra çətinliklər yaşatdığı sirr deyil. Bu çətinliklərin başında gələn sahə isə, təbii ki iş tapmaqda qarşılaşılan problemlərdir. Beləki, daltonik bir insanın polis, gəmiçi, sürücü, elektrik, loborotoriya tədqiqatları, moda kimi sahələrdə işləməsi mümkünsüzdür. Mənbə. bilgibazarı.com
568 Views