Üç yaşından əvvəl olanları niyə xatırlamırıq ?

Üç yaşından əvvəl olanları niyə xatırlamırıq ?

Körpələr iki yaşına gəldikdə artıq gəzə bilən, düşünə bilən, danışa, ağıl lazım  olan davranışlar göstərməyə başlayan kiçik insan halına gəlirlər. Bu yaşda insanların adlarını bilirlər, sadə mahnıları əzbərləyə hətta bir əvvəlki gün və bir əvvəlki həftə olanları xatırlaya bilirlər. Ancaq bütün bunları zaman içində unudurlar. Yaddaşları bir iki əhəmiyyətli şeydən başqa tamamilə silinir. Elm insanları keçmiş təcrübələrimizi saxlayan yaddaşımızın beynimizdə hekayə şəklində mühafizə olduğunu irəli sürürlər. Bu görüşə görə üç yaşından kiçiklər bu cür ünsiyyət qurma qabiliyyətinə sahib deyillər. Hekayə izah edə bilmirlər, daha doğrusu hekayənin qurub personajları yerlərinə oturtma qabiliyyətinə ancaq üç yaşından sonra sahib ola bilirlər. Bu səbəblə də üç yaşından əvvəlki zaman dilimində, yer və xarakter anlayışlarını başa düşmürlər. Üç yaşından kiçiklər çox düz danışa, anlayış, və yaddaş qabiliyyətlərinə sahib olduqları halda, bütün hadisələri bir bütövlükdə formalaşdırıb, bunu daha sonra izah edilə biləcək bir hekayəyə çevirib yaddaşa yaza bilmirlər. Beləliklə yaddaşımız, həyatda nə etdiyimizi və nə edildiyini qavramağa başladığımız 3 – 4 yaşlarında işə başlayır və daha əvvəl olan hadisələri xatırlamağımız mümkün olmur. Mənbə. bilgibazarı.com
568 Views