Çayın Tarixi Haqqında
Çaydan ilk istifadə, E.Ə 2737-ci ilədək Çin İmperiyasına gedib çıxır. Çay kəliməsi Çinin yerli dili olan mandarin ləhçəsində “ça”, Amoy ləhçəsində isə, “te” şəkilində ifadə edilmişdir. Mandarin ləhçəsinin Avropada ilk dəfə “ça” şəklində tələffüzü Portiqalyalı ticarətçilər tərəfindən gətirilmişdir. Daha sonra, günümüzdə Avropada istifadə edilən, “tea” kəliməsi, Hollandiyalı ticarətçilər tərəfindən Amoy ləhçəsindən istifadə edilərək gətirilmişdir.
Çayın tarixindən bəhs edən əfsanələrə görə, Çinin ilk imperatorlarından olan Shen Yung, çay bitkisinin təsadüfən isti suya düşməsinə şahid olur. Daha sonra, İmperator, çayın vurğunu olur və yeddi il ərzində o bölgədə qalaraq daim çay içir.
Çay haqqında Avropada ilk dəfə söz edilməsi isə, minlərlə il sonra, 1559-ci ildə baş vermişdir. 1606-cı ildə artıq çay Aavropada istifadə edilməyə başlanmış, 1635 ilindən sonra, Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr olmuşlar.
İlk dəmlənmiş çay nümunəsinin Çindən Avropaya gəlməsi isə, 1650-ci illərdə baş vermişdir.
Piter Stuyvesant Amerikaya ilk dəfə çayı aparan şəxsdir.1800-cü illərdə, Avropa və Amerikada yavaş-yavaş çay sənayesi ortaya çıxmağa başlamışdır.
Böyük çay ticarətçisi olan,Tomas Liptonun ilk dükanı isə, 1871-ci ildə İngiltərədə, Qlazqoda açılmışdır. 1890-ci ildə Thomas Lipton, Seylon”da ilk çay plantasiyasını satın alır və o, Hindistandan gətirilən çay toxumlarını 1903-ci ildən etibarən Keniyada yetişdirməyə başlayır.
Çayın soyuq şəkildə istifadə edilməsi isə, maraqlı tarixlə ortaya çıxmışdır. Amerikada, isti havalarda çay satmaqda çətinlik çəkən Riçard Blechynden, çayı soyuq halda təqdim etməyə başlayır. Nəticədə, Amerika mənşəli “Ice Tea” anlayışı da məhz bu təsadüflə doğur. İlk bağlama çay (birdəfəlik çay) isə, 1908-ci ildə istifadə edilmişdir.
Günümüzdə isə, bir il ərzində dünyada istehlak edilən İsti çay tam 3 min 660 ədəd olimpiya üzgüçülük hovuzunu dolduracaq qədərdir.
Mənbə. bilgibazarı.com