Fanatlıq xəstəlikdir

Fanatlıq xəstəlikdir

Məktəb vaxtı qızlar “xatirə” dəftəri tutardılar, hansı ki, bu dəftərdə sullar olardı ki, rəfiqələr, tanışlar, sinifyoldaşları onları cavablandırsın. Burdakı suallardan biri də bu idi: Kumiriniz kimdir? Bəli, belə baxanda “kumir”, “fanat” məsələsi adi bir məsələ kimi görünür, amma, əslində hər şeydə olduğu kimi, burda da, əgər, bir hal öz cığırından çıxırsa, demək ki, bu artıq qeyri-nomal bir haldır. Fanatizm- tutulmadır. Bu, elə bir mübtəlalığdır ki, bu tutulmanı bir çox yerlərdə müşahidə etmək olar. Əslində həddini aşmış fanatlıq psixi narahatçılığa işarədir.

Həddini aşmış deyəndə nəyi nəzərdə tuturam: məsələn, götürək elə sənət dünyasını. Yəqin ki, ha canlı, ha TV vasitəsilə şahidi olmusunuz ki, dünya şöhrətli (lap olsun adi musiqiçi) musiqiçilər, ifaçılar, aktyorlar, bir sözlə sənət adamları üçün şüvən qoparıb, hay-həşir salıb, özlərini pis hala qoyanlar, qışqırmaqdan boğazları az qala partlayan, ağlamaqdan gözləri şişən, damarlarını kəsən və ya bədənin başqa hissələrini almazlayan (“lezvia”layan), intihar edənlərin sayı heç də az deyil. Bunu konsertlər zamanı zaldakı tamaşaçıların davranışlarında çox yaxşı müşahidə etmək mümkündür.

Maykl Cekson. Dünya şöhrətli bu müğəənninin sağlığında olduğu kimi, ölümüdən sonra da onun ardınca, başqa əməllər demirəm, elə məhz intihar törədənlər də az olmadı. Nəinki Cekson, bunun kimi başqa sənət adamları da var ki, hansı ki, onlar üçün də belə xoşagəlməz və çox pis hallar törədilib və təəssüf ki, törədilməkdədir.

Fanatizm çox təhlükəli bir davranış adlandırılcaq bir termindir. Nəinki, fanat üçün, eləcə də kumirləri üçün də bu qorxulu hallar törədir. Belə ki, özlərinə vurduqları ziyanla yanaşı bəziləri də var ki, hətta, kumirlərinin də həyatına son qoyurlar, yaralayırlar və ya dələduzluqla məşğul insanın əsəblərini korlayırlar. Elələri də var ki, öz kumirlərinin rəqiblərinə də xəsarət törədirlər. Məsələn, tennisçi Monika Seleş öz rəqibinin fanatı tərəfindən yaralanmışdı. Səbəblərsə (özlərinə görə) müxtəlifdir – qısqanclıq, diqqət çəkmək, özlərini təsdiq etmək və s. Hər-halda səbəb nə olursa-olsun bu psixi pozğunluqdan, xəstəlikdən yaranan bir xüsusiyyətdir. Fanatizmə tək musiqi dünyasında yox, dində, siyasətdə də rast gəlmək mümkündür. Dini fanatiklik də çox geniş və acılı bir mövzudur, belə ki, bu yolda olan zalımlığa, qəddarlığa, terrora əl atanlar da zəif və xəstə insanlardılar. O fanatiklərdilər ki, zülm törətdikləri təqdirdə özləri də daim qorxu içində yaşayır və hər tərəfdən təhlükə gözləyirlər.

Fanatizmi bir sitayiş adlandırsam, bəlkə, də yanılmaram. Çünki, qeyri-normal olan bu əməlləri kənardan izləyəndə elə təəssürat yaranır ki, insan Allahdan başqa kiməsə və nəyəsə sitayiş edib, onun qarşısında baş əyib, onun üçün can yandırıb, can alır. Bu da bir şeytan əməlidir. “Dələduzluq”, “xuliqanlıq”- bunların da fanatlara məxsusluq payı var. Belə ki, idman sahəsinə fikir versək, hər hansısa bir idman yarışında, məsələn götürək elə futbol – bu zaman, tribunlarda oturan və ya daha doğrusu otura bilməyən fanatlar elə vəziyyət yaradırlar ki, heç bir normaya sığmır – davalar, bir-birlərinin başlarına çırpılan masalar, yanğınlar və s. bu kimi vəhşiliklər onu göstərir ki, insan yolunu azıb. Fanatizm – azğınlıqdır.

Kənardan elə zənn olunur ki, fanat adlandırılan bu şəxslər nə istədiklərini çox yaşı bilirlər. Amma, əslində fikir versək başa düşərik ki, fanatizmə düçar olan şəxsin bir amalı yoxdur və o məqsədsiz həyat sürür. Məqsədsiz olan bir həyat isə boş keçir. Buna görə də insan nə istədiyini bilmir və özünə elə bir məşğuliyət tapır ki, bu da çox vaxt mənfi yöndə olur. O, bu məşğulityyətə elə bağlanır, elə tutulur ki, sonda mübtəlası olur. Birini bəyənmək, sənətini, işini izləmək, lazım gəldiyində yaxşı mənada faydalanmaq da olar, amma, öz həyatını heçə sayıb, onun üçün özünü fəda etmək, ona və özünə (ətrafındakılara) xəsarətlər törətmək, zülmə əl atmaq həqiqətən də xəstəlikdir, dəlilikdir. Bizə xas olan bircə ürəyimiz, ağlımız və fani olmayan həyatımızdır. Bunları da şeytani əməllərə qurban verib, itirsək bizdə bizlik heç nə qalmır. Diləyim budur ki, heç kim fanatizmə aludə olub, bu xəstəliyə tutulmasın və ağlımız daim başımızda olsun.

Mənbə. kayzen.az

568 Views