Nədir bu Lorem Ipsum?

Nədir bu Lorem Ipsum?

İndi rəqəmsal dünyada tez-tez qarşımıza çıxan “Lorem Ipsum” yazısının tarixi əslində çox əvvəllərə söykənir və illərdir mətbəələrdə istifadə edilir. Bu ifadə yazının hazırlanan materialda necə görünəcəyini yoxlamaq üçün yazılır. Bəs “Lorem Ipsum” mənası nədir? Tarixi necədir?   “Lorem Ipsum”un tarixi haqqında Bu ifadə təxminən 500 il öncə bir mətbəəçinin nəşr üçün hazırladığı font model kitabında istifadə olunmuşdur. İllər keçdikcə istifadə yerləri və istifadə edən insan sayı da artmışdır. Ancaq sonrakı araşdırmalar zamanı əslində həqiqətin fərqli olduğu aşkar olundu. Lorem Ipsum-un tarixi e.ə əvvəl 42-ci ilə dayanır. Həmin vaxtlarda Çiçero tərəfindən yazılmış “Yaxşı və Pisin Uc Nöqtələri” kitabının 1.30.32 paraqrafında bu ifadənin olduğu öyrənilmişdir. Kitab eyni zamanda 1500-cü illərdə Avropada intibah dövründə məşhur olmuşdur, o zamanlarda “Lorem Ipsum”u ilk istifadə etdiyi düşünülən mətbəəçiyə də belə çatdığı güman olunur. İllərdir yazılan Lorem Ipsum mətniLorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation ullamco laboris nisi ut aliquip ex ea commodo consequat. Duis aute irure dolor in reprehenderit in voluptate velit esse cillum dolore eu fugiat nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.” Lorem Ipsum nə deməkdir? Yazının bütünlükdə bir mənası yoxdur, ancaq Çiçeronun yazdıqlarından bəzi hissələrin tərcüməsi aşağıdakı kimidir; “Neque porro quisquam est qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit…” “Acını sevən, axtaran və ona sahib olmaq istəyən heç kəs yoxdur. Səbəbi çox sadədir. Çünki, o acıdır…” Mətnin davamı latın hərfləri ilə mənalı sözlər yazılmış kimi görünsə də, təsadüfi yazıdır. Lorem Ipsum niyə istifadə edilir? Məqalənin başlanğıcında qeyd etdiyim kimi, aparılan araşdırmalar göstərir ki, insanlar çap olunacaq məhsulu ya da dizayn edilmiş layihəni qiymətləndirərkən öz diqqətlərinin yazıya və onun mənasına deyil, ümumi görünüşə yönəlməsi üçün “Lorem Ipsum”dan istifadə edirlər. Mənbə. bildirchin.az
568 Views