Oxumaq heç vaxt gec deyil

Oxumaq heç vaxt gec deyil

ABŞ-ın Kaliforniya ştatının sakini amerikalı qadın Hazel Soares 94 yaşında kolleci bitirməsi barədə diplom almışdır(bachelor’s in art history from Mills College). 1915-ci ildə anadan olan  Soares  diplomu alarkəndemişdir: “Mənim bütün ömrüm məşğuliyyət içində keçmişdir. Buna görə də kollecdə təhsil ala bilməmişəm. Bu isə mənim ən böyük arzum olmuşdur”. Qeyd edək ki, Hazel Soares iki dəfə ailə həyatı qurmuş, onun 6 uşağı, 40-dan çox nəvəsi və nəticəsi vardır. ABŞ konqresi Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Soaresi təhsilini başa vurması münasibətilə təbrik etmiş, onun əldə etdiyi nailiyyəti yüksək qiymətləndirmişdir. Soaresin dediklərindən: “There’s no reason why you could not go back, Some people do give up the idea or postpone the idea. It’s too late. It’s too much work. They may not realize that once you try it it’s exciting to go to school” UPD. Massaçusets ştatının ən yaşlı qadını Harriet Riçardson Eyms ölümündən 1 gün əvvəl kollecdən diplom alıb. Qaynar.info xəbər verir ki, təqaüdə çıxana qədər 100 yaşlı qadın orta məktəb müəlliməsi işləyib. O, 1931-ci ildən dərs deməyə başlayıb və 20 il ardıcıl olaraq məktəb müdirəsi olub. Lakin qadın sonradan müxtəlif universitet proqramlarını oxuyaraq bakalavr diplomu almaq istəyib. 1970-ci illərdə təqaüdə çıxdıqdan sonra pis gördüyü üçün işləyə və oxuya bilməyib. ( It was Harriet Richardson Ames' dream to earn her bachelor's degree in education. She finally reached that milestone, nearly three weeks after achieving another: her 100th birthday) https://youtu.be/NEx-lDmSXXo Mənbə. kayzen.az
568 Views