Yumurta əvvəl yaranıb, yoxsa toyuq ?
Bu suala cavab vermək üçün “paradoks”un tərəfləri olan toyuq və yumurtanı yaxşı tanımalıyıq. Toyuq ilə başlayaq. Bugünkü bütün quşlar təqribən 240 milyon il öncə dinozavrlardan ayrılaraq təkamül keçirmişdir. Toyuq da bir quş növü olduğuna və dinozavrlardan təkamül etdiyinə görə yumurtalayaraq çoxalır. İndi isə yumurtanın tarixinə nəzər salaq. Yumurta olaraq adlandıra biləcəyimiz qabıqlı və quruda çoxalma vasitəsi kimi, içərisində embrionu bəsləyəcək və qoruyacaq struktura sahib olan vasitənin ilk nümunələrinə 340 milyon il öncə amfibiyalarda və daha sonra onlardan təkamül edən sürünənlərdə rast gəlirik. Sürünənlərin bir qolundan isə dinozavrlar təkamül keçirmiş və nəhayət indiki quşlar əmələ gəlmişdir. Bu səbəbdən bu soy xətti boyunca hər canlı bir yumurtadan çıxmışdır. İlkin toyuqlar da daxil olmaq üzrə bütün toyuqlar da.
Bu isə sualımızı müzakirəsiz bir şəkildə cavablandırmaqdadır. Yumurta toyuqdan əvvəl yaranmış və buna görə də hər toyuq yumurtadan çıxıb deyə bilərik.
Mənbə. bilgibazarı.com