Corablar ve kolqotkalar

Corablar ve kolqotkalar

“İkinci dəri”. Yəqin ki, bu ifadəni çox eşitmisiniz. (müasir zamanın kalqotkaları). Deyilənə görə, corablar e.ə. 600-cü ildə qədim Yunanıstanda meydana çıxıbmış. Orda qədim bir mumia yapıblarmış ki, hansı ki, onun üzərində ev şəraitində hazırlanmış corab var idi. Əvəllər corablar əl ilə toxunardı, amma, sonralar toxunma işinə boş verilmiş və bir də XIII yüzillikdə yenidən bu iş bərpa edilmişdi. Bu vaxtadək isə corabları kətan və dəridən tikib, düzəldirdilər. Artıq XVI əsrdə İspaniyada yenidən əl ilə toxunmuş corablar yayılmağa başladı. Bu gün hər bir qadının qarderobunda rast gəldiyimiz vacib elementlərdən sayılan corab və kalqotkalar, keçmişə nəzər salsaq görərik ki, bir vaxtlar kişilərin, kavalerlərin də qarderobundan əskik olmazmış. Ən çox da çulkilər. O vaxtı "çulki"siz kişi geyimlərini təsəvvür etmək olmazdı. Elə çulkilər üçün toxuma dəzgahını da ilk olaraq 1589-cu ild ingilis keşişi Vilyam Li düzəltmişdi. Amma, XIX əsr çulkilər üçün dəbdən düşmə başlanğıcı oldu, belə ki, kişilər üçün boruşəkilli şalvarların ərsəyə gəlməsi onların çulkilərdən istifadəsini azaltdı və onlar corabdan istifadə etməyə başladılar.

İndi min cür növdə, formada olan, qışda ayaqlarımızı isti soyuqdan qoruyub saxlayan corablar yavaş-yavaş böyüyərək ilk öncə “qulfi”yə, daha sonra çulkiyə, sonra da kalqotkaya çevrilərək yeni-yeni formalar almış oldu. Amma, bununla o, öz formasını itirmiş olmur, belə ki, corab elə corab olaraq da qalır. Qadınlar üçün çulkilər keçmiş zamanlarda utancverici bir element hesab olunurdu. Belə ki, qadın ayaqlarının demonstrasiyası ədəbsizlik kimi alqılanırdı. (bu düşüncə indi də mövcuddur!) XVII əsrdə britaniyadan İspaniya kraliçası üçün hədiyyə olaraq ipəkdən hazırlanmış çulki gətizdirilir və İspaniya səfirinə həvalə edilir ki, kraliçaya çatdırsın. Səfir isə cavabına hədiyyəni itələyərək belə deyir: bilin ki, İspaniya Kraliçasının ayaqları yoxdur. XVIII əsrdə isə bir nəfər yazır: qadın ayaqları elə məharətlə gizlədilir ki, bu da insanı düşünməyə vadar edir –heç onlar varmı ki?! Maraqlı fikirlərdir. Düşünəndə insana o qədər maraqlı gəlir ki, bir vaxtlar hamının ayıb saydığı görüntülər indi necə də adi hal alıb. Hər nə isə, hər halda bütün o ayıblara baxmayaraq çulkilər XVI yüzillikdə yenidən dəbə qayıtmış oldu. İpək çulkilərə qarşı olan hədsiz fanatikliyi ilə seçilən İngiltərə kraliçası I Yelizaveta heç kimin rəyinə, fikrinə əsas verməyib, onlardan rahatca istifadə edirdi. Bundan sonra da artqı çulkilər yayılmağa və qadın geyimləri sırasında vacib hal almağa başladı.

Keçən əsrin 30-cu illərində amerikan konserni olan Du Pont elan etdi ki, hörümçək torundan qalın, poladdan bərk və ipəkdən də eleqant olan bir material hazırlanıb. Adını da neylon qoydular. İlk dəfə olaraq sintetik liflər yaradıldı. Müasir zamanda da bu sintetik liflərdən hazırlanmış kalqotkalar üstünlük təşkil edir. Bu kimya texnologiyasında və daha doğrusu çulki, kalqatka sahəsində elə bil ki, bir çevriliş oldu.  Bundan sonra da neylon çulkilər hazırlanıb, rəsmi olaraq satışa çıxarıldı və bundan sonra 1940-cı il 15 may tarixində 780 min üt çulki dəstləri hazırlandı. 40-cı ilərin sonlarında isə çulkilərin satışı milyonları da aşırdı. Neylon istifadədə və satışda nə qədər tələb olunan olsa da ikinci dünya müharibəsindən sonra neylon tellərdən olan çulkilərə nadir hallarda rast gəlinirdi. Belə ki, 40-cı illərin tikişli, məşhur neylon çulkilərini 50-ci illərdə yeni icadla buraxılan tikişsiz çulkilər əvəz etmiş olur.

60-cı illərdə mini yubkalar dəbə mindi və bu yubkalar qısaldıqca çulkilər də uzanırdı. Elə ki, bundan sonra çulkilər kalqotka halını aldılar. Kalqotka sözü çex dilindən götürülmüşdür və hərfi mənada “ çulkidən şalvarcıqlar” (çuloçnıye ştanişki) adlanır. Əvvəllər çulkiləri, kalqotkaları hər adam əldə edə bilmədi, onlar çox bahalı idilər, hətta, onlardan hədiyyə olaraq da istifadə olunurdu, amma, sonralar bu o qədər geniş yayıldı ki, yeni texnologiyalar, növlər, rənglər və s. artıq qiymətlər də endirildi və hamı ala bilirdi. 1959-cu ildə DuPont peşəkarları tərəfindən ərsəyə gətirilən LYCRA ticarət markası adı ilə məşhurlaşan elastik “spandeks” lifləri yaradıldı. LYCRA – incə kauçuk liflərindən ibarətdir, hansı ki, kalqotkaları elastik edib, ayaqları kip örtürdü. Artıq zamanla elastik liflərdən hazırlanan kalqotkalar da məşhurlaşmağa başladılar.

LYCRA malları ABŞ bazarlarında ən başda gedən mallar sırasında idi. Bunan əlavə LYCRA Avropada da ilkinlik və önəmlilik qələbələrinə nail olmuşdu. Artıq 90-cı illərdə corab, kalqotka sənayesində bu işlə məşğul olanların yarısından çoxunun tərkibində lucra var idi. Statistikaya görə LYCRA adi poliamid kalqotkalardan 20 % daha da davamlıdır.

Fikir vermisinizsə kalqotkalar parlaq da olur, hansı ki, bir çoxlarımız elə bu parlaqlığa üstünlük veririk. Amma, kalqotkaya parlaqlıq verən laykra deyil. Poliamid sap adətən yumri doğranılır. Parlaqlıq isə onun üçbucaq fasonunda çapılmasından dolayı əmələ gəlir. LYCRA 3D- bu nə deməkdir? Kalqotkanın hər sətrində 3 laykralı sap yerləşdir, hansı ki, bir-birinə hörülərək keçirilib, bundan sonra da poliamid sapla birləşir. Bu texnologiyası ilə yaranan kalqotkalar eninə və uzununa görə bərabər elastikliyi təmin edir, hansı ki, bu da öz növbəsində hərəkəti rahatlaşdırıb, komfort yaradaraq, öz incə görünüşüylə qadınlara özlərini quş kimi hiss etməsinə nail olmuşdu. Bunlar digərlərindən həm bahalı, həm də kip, davamlı olurlar. Kalqotka qutularında qeyd olunan tərkib hissəsi: DEN DTEX (1 DEN = 1.11 DTEX) bu nə deməkdir? DEN – bu sapın qalınlığının ölçü göstəricisidir. Məsələn 70 DEN yazılıbsa, deməli sap 1 km elastan sap 70 qr. çəkisindədir. Rəqəm nə qədər yüksək göstərilirsə, kalqotka da bir o qədər qalın və kipdir. Ən nazikləri (yaylıq) 6-8, ən qalınları isə (qışlıq) 150 DEN olaraq qeyd olunur. 5-10 DEN – nazik 12-20 DEN – orta ə ya adi 30-80 DEN qalın və möhkəm S - balaca, М - orta, L - böyük, XL və XXL – çox böyük. Bəzən də ölçülər müxtəlif ölkə standartalrında qeyd olunur. Bu zaman bilmək olar ki, avropa şkalası üzrə qeyd olunan 38, rus standartlarında 44-ə bərabərdir.

P.S. Çulok və kalqotka yazdığıma görə qüsura baxmayın. Rusca yazdığım üçün üzrlü sayın, bilmədim, azəricə necə yazım.

Mənbə. kayzen.az

568 Views