Gil ilə terapiya və kosmetik gillər haqqında

Gil ilə terapiya və kosmetik gillər haqqında

Gil və onun xeyri.

Gil, dəriyə qulluqda ən etibarlı müttəfiqdir. Onda balteriyalar yoxdur, o, toksinləri, qoxunu və qazları udur, zərərli bakteriyaları məhv edir və ən yaxşı təmizləyici xassələrə malikdir, bəzi elementlər əlavə edildikdə həm də qidalandırıcıdır.

əbiətdə kosmetik gilin müxtəlif növləri mövcuddur. Onlar mineral tərkiblərindən asılı olan rəngləri iləfərqlənirlər.Gilin tərkibi isə onları yerləşdiyi yerdən asılıdır. Gil ağ, mavi, yaşıl, qırmızı, sarı və boz rəng ola bilər.Gilin hər bir növünün özünəməxsus spesifik xüsusiyyətləri var ki, bu da gili tibbi və kosmetoloji məqsədlərdə müxtəlif məqsədlər üçün istifadə etməyə imkan verir.Təbii kosmetik gili apteklərdən və ya kosmetika mağazalarından əldə etmək olar.

Kosmetik ağ gil.

Ağ gil həm də kaolin adlanır. Kaolinin faydaları hələ e.ə. IV əsrdə hippokrat tərəfindən qeyd olunmuşdur. Məlumdur ki, ağ gil bütün zamanlarda gözəllərin kosmetik maskalarının tərkibinə daxil olub. Kaolin silisium oksidi, sink və maqnezium ilə zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zəif saçları möhkəmləndirir, regenerasiya xüsusiyyətinə malikdir, əla antiseptikdir. Ağ gil nazik və süst dəri üçün uyğundur. Ağ gildən mütəmadi istifadə dərinizi daha elastik və məxmər kimi edəcək. Üz dərisi yaxşılaşacaq və gümrahlaşacaq. Gilin rəngi nə qədər tünddürsə, o, dərinin yağlılığı, sızanaq və cizvələrlə daha yaxşı mübarizə aparır. Amma, çəhrayı cizvələr zamanı gildən istifadə etmək məsləhət deyil.

Boz kosmetik gil

Boz gil dənizin dərin qatlarından çıxarılır. Nəmləndirici və tonizəedici effektə malikdir. Əksər hallarda çox quru dəri üçün istifadə olunur. O dəridə və bütün orqanizmdə dərin detoksikasiyaedici xassəyə malikdir.

Yaşıl kosmetik gil Yaşıl gil tərkibindəki dəmir oksidə görə bu rəngə malikdir.  Karxanadan yığılan bu gil nəm tünd-yaşıl tərkibli olur. Bu gil kosmetikada geniş tətbiq sahəsi tapıb. O həm əsas maska, həm də maska tərkibi, bükülmə və kompreslərdə istifadə olunur. Tərkibindəki bol mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, həmçinin əla absorbsiya (sorulma) xüsusiyyətinə malikdir. Yaşıl gil dərini yumşaldır və təmizləyir. Qıcıqlanmanı aradan qaldırır, quruducu effektə malikdir.

Yaşıl gil kapilyarların qan dövranını yaxşılaşdırır, dərini dartıb hamarlayır. Bu gildən maskalar dəridəki məsamələri əla təmizləyir, yağlı parıltını aradan qaldırır. Ev şəraitində yaşıl gili başqa növ gil ilə qarışdırıb işlətmək olar.

Qırmızı kosmetik gil

Bu gil tərkibindəki dəmir və mis oksidi birləşməsinə görə bu rəngə malikdir.Qırmızı gil həssas, alergiyalara meylli və tz reksiya verən dəri üçündür; qızarmağa meylli olan dəridə daha yararlıdır.

Sarı kosmetik gil Sarı gilin tərkibində böyük miqdarda kalium və dəmir var. O dərini oksigenlə təchiz edir. Müxtəlif iltihabi proseslər zamanı toksinlərin kənarlaşdırılması üçün istifadə olunur.  Canlandırıcı effektə malikdir. Bu gil ən çox yağlı, qarışıq (quru-yağlı), solğun, qocalmaqda olandəri üçün daha uyğundur. Üz dərisinin rəngini yaxşılaşdırır.

Qara kosmetik gil Qara gilin tərkibində stronsium, kvars, dəmir, mqnezium və kalsium var. O üz dərisini çox yaxşı təmizləyir. Bu gil növü zərərli toksinləri və dəri çirklənməsini özünə yaşı çəkir.Üzdəki məsamələrin yığılmasına (büzülməsinə) təsir göstərir. Normal, yağlı və qarışıq üz dərisi üçün yararlıdır.

Mavi kosmetik gil Mavi gil iltihabəleyhi xüsusiyyətə malikdir, onun tərkibinə bizə gərək olan mineral duzlar və mikroelementlər daxildir. Adətən mavi gildən yağlı üz dərisi olan xanımlar istifadə edirlər. O sızanaq və cizvələrin əmələ gəlməsinin qarşısını alır, dəridəki yaraların sağalmasını effektiv sürətləndirir. Bu gil üz dərisinin təmizlənməsində, rənginin yaxşılaşdırılmasında kmək edir. Mavi gildən adətən mimikadan yaranmış qırışların hamarlanmasında istifadə  olunur. Dərini cavanlaşdırır, onu elastik və möhkəm edir. Mavi gil həm də çil və piqment ləkələrinin rəngini açır. Mütəmadi  istifadə problemli dərisi onlara əla kömək edir. O dərini dezinfeksiya edir, onu hamarlandırır, sızanaqlardan təmizləyir. Bu gil dəri hüceyrələrində maddələr mübadiləsi prosesini və qan dövranını aktivləşdirir. Bundan başqa xalq təbabətində mavi gildən keçəlləşmədə xüsusilə effektiv vasitə kimi istifadə olunur.

Mənbə. kayzen.az

568 Views