Kişilər üçün üz baxımı maskaları
Hər zaman qadınların baxımlı olmağına öyrəşmişik, ancaq düşünürəm ki, hər kəs baxımlı olmalıdır və kişiləri düşünüb bu dəfə onlar üçün maska reseptlərini axtardım.
İlk öncə onu deyim ki, araşdırmalarıma əsasən sən demə kişilərin qadınlardan daha çox baxıma ehtiyacı var imiş. Dəriləri daha qalın və yağlıdır. Ona görə də mütləqdir ki, hər zaman üzlərini təmizləsinlər və dərilərini nəmləndirsinlər.
Ən çox təriflənən və asan 3 maska ilə qarşınızdayam!
Banan maskası:
Bu daha çox quru dərilər üçün yaxşıdır. Yetişmiş bananın yarısını və bir qaşıq güvənilə biləcəyiniz nəmləndirici krem maskasını qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə saxlayıb, yuyun!. Üzünüzü təmizlədikdən sonra bu çox yaxşı təsir edəcəkdir. Həftədə bir dəfə etməyiniz kifayətdir.
Alma maskası:
Qarışıq dəri tipləri isə bu maskadan istifadə edə bilər. Yaşıl almanın suyunu sıxıb, 2 yemək qaşığını nəmləndiric kremlə qarışdırın. Daha sonra üzünüzə çəkib, 20 dəqiqə saxlayın. Soyuq su ilə yaxalayın. Həftədə 2 dəfə edə bilərsiniz.
Limon maskası:
Yağlı və problemli dərilər üçün əla maskadır. Limonun suyunu sıxıb, 2 yemək qaşığını nəmləndirici kremlə qarışdırın. Həftədə 2 dəfə üzünüzə sürtüb, 5 dəqiqə saxlayın, ancaq üzünüzdə səpkilər varsa 3 dəfə də edə bilərsiniz.
Ümid edirəm işinizə yarayacaq maskalar oldu! Baxımlı qalın!
Mənbə. bildirchin.az