Virus proqramları

Virus proqramları

Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara,sistem sahəsinə, şəbəkələrə və s, yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompüter virusları, əslində işlədiyiniz kompüterə dəyişik şəkillərdə zərər verə bilən kompüter proqramlarıdır. Kompüter viruslarının məşhur bulaşma yollarından biri “virus yoluxmuş kompüter proqramları” dır. Bu vəziyyətdə, virus kodu bir kompüter proqramına virusu yazan adam tərəfindən əlavə olunar. Beləcə, viruslu bu proqramları işlədən istifadəçilərin kompüterləri “potensial olaraq” virus mənbəyinə çevrilir. Xüsusilə, internet üzərində fayl arxivlərinin nə qədər sıx istifadə edildiyini düşünsək təhlükənin ölçülərini daha da yaxşı anlaya bilərik.Viruslanmış proqram işlədildiyində kompüter virus kodu da, ümumiyyətlə, kompüterinizin yaddaşına yerləşir və potensial olaraq zərər verməyə başlayır. Bəzi viruslar, sabit diskinizin ya da disketlərinizin “boot sector” deyilən və kompüter hər açıldığında ilk baxılan yer olan qisminə yerləşir. Bu vəziyyətdə, kompüteriniz hər açıldığında “viruslanmış” olaraq açılır. Belə olan təqdirdə, əhəmiyyətli sistem fayllarında da (MSDOS və windows üçün COMMAND.COM kimi) viruslar olur.Ümumiyyətlə, hər virusun bir adı vardır. Məsələn, Cansu, Stoned, Michaelangelo, Brain, Einstein və s. kimi virus növləri daha məşhurdur. Virus proqramları və ya kompüter virusları - müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Kompüter texnologiyasının sürətli inkişaf tempi günü-gündən sürətlənsə də, bu sahə də çatışmazlıqlardan xali deyil. Bu gün, kompüter istifadəçisi olan hər bir kəsin ən başlıca problemlərindən biri kompüterlərin virus hücumuna məruz qalması, bunun nəticəsində, kompüterin və sistemin sıradan çıxmasıdır. Hər il, iri müəssisə və şirkətlər bu problemdən milyonlarla dollar məbləğində ziyana düşür.

Virus proqramlarının təsnifatı.

Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar Yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları) yükləmə virusları, makro viruslar; Yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, NIX virusları və s.destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; Virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s. Kompüter viruslarını, ümumiyyətlə 2 qrupa ayırmaq mümkündür: 1.Fayllara bulaşan viruslar. 2.Kompüterin sistem sahələrinə bulaşan viruslar. İlk qrupa girənlər, ümumiyyətlə, istifadəçinin işlətdiyi proqramlara (DOS. EXE. və COM) bulaşar. Proqramların viruslanması iki yöndən ola bilər. Ya virus kodu kompüterin yaddaşına yerləşmişdir və hər proqram işləyərkən o proqrama bulaşar ya da viruslu proqram hər dəfə işləyərkən öz təsirini göstərə bilər. Ancaq virusların çoxu özünə kompüterin yaddaşında yer tapır. İlk açıldığında nəzarət etdiyi xüsusi sistem sahələrinə (boot sector) və xüsusi sistem fayllarına (command.com) yerləşir. Bəzi viruslar isə hər iki şəkildə də zərər verə bilər. Bəzi viruslar virus axtarış proqramları tərəfindən müəyyən olunmamaq üçün bəzi “gizlənmə” texnikaları istifadə edərlər (Stealth Virusları). Bəzi növ viruslar isə, işlədildiyində özünə bənzər başqa viruslar çıxara bilir ki, belə viruslara Polymorphic viruslar daxildir. Qeyd edək ki, bu tip virusların ilk nümunələrindən olan Dark Avanger və Cascade kompüter sistemlərinə ciddi zərər verir. Viuslarla mübarizə aparmaq üçün antiviruslar lazımdır.

İlk virus

“Creeper” proqramı dünyada ilk kompüter  virusu sayılır. Onu 1971-ci ildə  ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyinin (DARPA) ARPANET3 şəbəkəsinə xidmət göstərən əməkdaşı yazıb. “Creeper” müasir mənada başa düşülən kompüter vürusu olmayıb. Onun yaradıcısı mühəndis  Bob Tomas sadəcə kompüterlər arasına “hərəkət edən” proqram yazmağa cəhd göstərmişdi. O, bu yolla kompüterlərə hansısaı ziyan vurulmasının mümkünlüyünü təsəvvür belə etmirdi.
Kompüterin yaddaşına girən proqram "I'm the creeper, catch me if you can!" məlumatını gəzdirib dərhal digərinə yönəlməyə cəhd edirdi. Creeper TENEX əməliyyat sistemi  ilə çalışan DEC PDP-10  kompüterlərində işləyirdi.  Bu kompüterlər indiki ölçülərlə müqayisədə həddən artıq iri idi. Zəhlətökən və ümumiyyyətlə zərərsiz  virusa qarşı “Reaper” proqramı işlənib hazırlanır. Buna  o zamanın antivirusu desək ,yanılmarıq. Yeri gəlmişkən, həmin illlərdə kompüter proqramlarına münasibətdə “virus” sözü işlənmirdi. “Kompüter virusu” termin kimi sonradan meydana gəlib.
1983-cü ildə Kaliforniyalı tələbə Fred Koen kompüter təhlükəsizliyi məşğələlərində öz- özünə artan və şəbəkəyə virus kimi yayılan proqram yaradır. Həmin proqram xüsusi təhlükəli deyildi. Fred Koen  o zamandan “kompüter virusu” termininin müəllifi sayılır.
İndi virusların yayılması üçün ən əlverişli vasitə internetdir. 2000-ci ildə yaranan “yeni dövrün”  ilk genişmiqyaslı virusu “I LOVE YOU” epidemiyasıdır. O, elektron poçt vasitəsi ilə yayılır. Məktub alan istifadəçı cəlbedici başlığa aldanır, onu açan kimi ziyanverici proqramla üzləşir.
Yeri gəlmişkən, Fred Koen 1987-ci ildə sübut edib ki, kompüter viruslarını  aşkarlayıb qeydə alan 100 %-lik alqoritm yaratmaq mümkün deyil.
568 Views