Stephen William Hawking kimdir?

Stephen William Hawking kimdir?

Steven Hokinq (Stephen William Hawking)1942-ci ildə, Qalileo Qalileyin ölümünün 300 illiyi günündə doğulub. 1959-cu ildə Oksford Universitetinə daxil olub, kosmologiyanı öyrənmək üçün 1962-ci ildə Kembric Universitetinə keçib.

Erkən yaşlarında həkimlər ona dəhşətli diaqnoz qoymuşlar – amiotrofik yan sklerozu. 30 yaşına yaxın əlil arabasının əsiri olur. Sonralar həkimlər onun traxeyasını kəsməli olurlar və o, səsini tamamilə itirir. Stiven ünsiyyət üçün xüsusi kompyuterdən istifadə edir. Kompyuterin displeyində görünən sözlərdən ona lazım olanlarını sağ əlinin barmaqları ilə seçir. Sözlərdən cümlə əmələ gəlir. Sonra bu cümlələri alimin göstərişi ilə kompyuter sintezatoru nitq kimi səsləndirir.

Hokinq çox məşhur alimdir, onun pərəstişkarlarından biri də sabiq ABŞ Prezidenti Bill Klintondur. 1979-cu ildən Kembric Universitetinin tətbiqi riyaziyyat və nəzəri fizika kafedrasına başçılıq edir. Yeri gəlmişkən, vaxtilə bu kafedranın müdiri İsaak Nyuton olmuşdur.

Alimin 1988-ci ildə çapdan çıxan “Zamanın qısa tarixi” «Краткая история времени») kitabı ona dünya şöhrəti qazandırmışdır. Kitab Kainatın yaranması və inkişafı nəzəriyyəsini oxucuya, müəllifin özünün təsəvvür etdiyi, sadə bir dildə izah edir. Bu zaman riyazi düsturlardan və mürəkkəb hesablamalardan qətiyyən istifadə olunmur. O, qara çuxurlar haqqında bir çox elmi işlər yazmışdır.

Stiven Hokinq kosmologiya, nisbilik nəzəriyyəsi, qravitasiya və kvant mexanikası, Kainatın tarixi sahəsində tədqiqatları ilə məşhurdur. Alimin 12 fəxri adı var. O, Britaniya Kral Elmi Cəmiyyətinin və ABŞ Elmlər Akademiyasının üzvüdür, elmi xidmətlərinə görə bir çox mükafat, orden və medallarla təltif olunmuşdur.

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədardır. Əsas nailiyyətləri:
qara dəliklərin təsvirində termodinamikanın tədbiqi

sübut etmişdir ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar".
21 iyul 2004–cü ildə qara dəlikdə informasiyanın yoxa çıxması paradoksunu həllinə dair öz fikrini irəli sürür.

1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirir. Giriş hissədə yazırdı:
Mənə dedilər ki, kitaba salacağım hər bir düstür alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum.
Bir qədər sonra Qara dəliklər və yeni kainatlar (1993), Dünya iki kəlmə ilə (2001) kitabları nəşr olunur.

Nəzəri fizikanı və Kosmosun meydana gəlməsinə dair inqilabi təlimlərin populyarlaşdırılması sayəsində böyük şöhrət qazanan alim Stiven Hokinq bildirmişdir ki, bəşəriyyət Kainatı kimin, necə və başlıcası isə, nəyə görə yaratdığı barədə suala cavabın cəmi bir neçə addımlığındadır.


Uzun illərdən bəri bütünlüklə əlil arabasının “əsiri” olan alim Honkonq Elm və Texnologiyalar Universitetində mühazirə oxumuşdur. O, öz geniş məruzəsini assistent qıza bədəninin hərəkətdə olan yeganə bir hissəsinin – bir barmağının köməyi ilə “diktə etmişdir”.

Hokinqin fikrincə, müasir kosmologiya iri addımlarla irəliləyir və sürəti getdikcə daha da artırır. O, mühazirə zamanı belə bir fikir də söyləmişdir ki, tezliklə bəşəriyyət həyat üçün Yer kürəsi əvəzinə, yeni ev axtarmalı olacaqdır. Çünki planeti o qədər qəfil təhlükələr hədələyir ki, onun məhvi son dərəcə gözlənilməz ola bilər. Yer üzündə həyat qəfil qlobal istiləşmələr, nüvə müharibəsi, genetik cəhətdən modifikasiya olunmuş virus və haqqında hələ heç nə bilmədiyimiz digər təhlükələr kimi fəlakətlər nəticəsində dağılmaq qorxusu qarşısındadır.
Hokinq problemin həllini Günəş sistemindəki digər planetləri tezliklə mənimsəməkdə görür. Onun fikrincə, insanlar 20 ildən sonra Ayda daimi bazaya və sonrakı 40 ildə isə Marsda məskənə malik ola bilərlər. Onlar hətta yaxın 100 ildə özlərini məhv etməsələr də, kosmik məskənlər yaratmalıdırlar. Özü də, bütün bunlar Yer kürəsindən dəstək və yardım almadan mövcud ola bilər.

Dahi alim 14 mart 2018 ci ildə dünyasını dəyişdi. Lakin o dünyadan gedərkən insanları yaşamağı, əngəli olsan belə hər zaman əlindən iş gələcəyini və ona baxaraq şükür edib onun kimi işlər bacar biləcəyimizi göstərib getdi. Allah rəhmət etsin

Qaynaq. kayzen.az


568 Views