Bilim kurqu janrında 7 serial tövsiyəsi.
“Netflix“-in həyatlarımıza girməsi ilə birlikdə bir çoxumuz və içi mən daxil serial asılısı olduq deyə bilərik. Dizi sektoru bütün dünyada olduqca inkişaf edir və hər gün hər ölkədən gözəl işlər çıxır. Təbii ki, bizdə bunu nəzərə alıb sizə serial məslətləri ara-ara verəcəyik. Bununla yanaşı çalışdığımız qədər serilar haqqında tək-tək məlumat verəcəyik. Lakin bu tip tövsiyə videolarında yalnız şəkil və fragman paylaşacyıq. Bu günkütövsiyələrimiz klassikaya çevirilmiş az çox məhşur olan bilim kurqu və fantastika janırında olan gözəl işlərdir.
1) Westworld / İmdb-8.7
Bu serial moderin zamanda keçən və sanal dünyanın içində qurulan kovboy dünyasında keçən bir filmdir. Serial hər bölümü ilə insanları tərs köşəyə yatıran və daim zirvəyə oynayan bir işdi. Hbo şirkəti tərəfindən düzəldilən bu bilim kurqu serialı ən az The Sopranos, Chernobyl və Game of Thrones kimi klassiklər sırasına girməyi başarmışdır.
2) Black Mirror / 8.9
Bu serial isə hər bölüm ayrı aktyor heyəti və ayrı hekayələr üzərinə qurulmuşdur. Yeni texnologiyaların həyatımızda rolu etdiy dəyişilikləri və avantaj və dezavantajları göstərir.
3) The 100/7.7
Dünyanın artıq yaşanmaz halda olduğunu görürük. İnsanlar dünyanı tərk etmiş və kosmik gəmidə yaşamğa çalışırlar. Lakin oksigenin azalmasını görən insanlar vaxtı artırmaq və yeni bir çıxış yolu əldə etmək üçün 100 genci yerə göndərmək qərarı alırlar.Lakin bu gənclərin bir çoxu qanundan kənar hərəkət edən cinayət meyili gənclərdir. Yerə göndərilən 100 gənc yerdə mövcud olduğunu və hətda dahada gözəl olduğunu gördülər. lakin heyvanlar motasyaya uğramış hətda yerdə yaşaayan qəbilələrin var olduğunu gördülər. Hətda elə qəbilələr var ki, insan əti ilə yaşayırlar. Filmdə həmçinin mağarada yaşayan insanlar, yer altında yaşayan insanlar , mutasiyaya uğramışlar və.s hər şey mövcudur, Bir sözlə film yerə endikdən sonra bir survivora çevrilir.
4) Sense8 / 8.4
Dünyanın 8 fərqli şəhərində (Böyük Britaniya, Seul, Mumbay, Nayrobi, Berlin, Mexiko, San-Fransisko və Çikaqo) yaşayan personajlarımız müəmmalı şəkildə gündəlik həyatlarında bir-birlərini görməyə başlayacaqlar. Çaşqın olsalar da, buna bir anlam verı bilməzlər. Bir çox çətin anlarında bir-birlərinə kömək edməyə başlayacaqlae.. Əvvəlcə bunların fərqində olmayacaqlar, yalnız öz instinktlərinə görə hərəkət edəcəklər.
5) The Expanse/8.5
Serialın mövzusu qısaca belədir: İnsanlıq artıq Günəş sistemini Marsı, Ayı, Asteroid kəmərini və ondan kənarda bütün planetləri müstəmləkə yəni kaloniyalara çevrilmişdir. Ancaq ulduzlar hələ də əlçatmazdır. Jim Holden Saturnun halqaları ilə Qurşağdakı nəslindəki mədən stansiyaları arasındakı buz bağlamasının inzibati zabitidir. O və heyəti Scopuli adlı tərk edilmiş bir gəmiyə rast gəldikdə dəhşətli bir sirrlə qarşılaşırlar. Hansı ki, bu sirrə görə başlar kəsilə bilər, hətda Jim və qrupu belə təsəvvür edə bilmədiyi miqyasda. Jim gəmini kim və niyə tərk etdiyini tapa bilməsə, günəş sistemində müharibə Başlayacaq
6) 11.22.63 / 8.2
Serialın janrı bir az gerilim zaman və bilim kurqu üzərinə qurulmuşdur.. 11.22.63 zaman səyahətinin hekayəsini izah edir. Orta məktəbdə ingilis dili müəllimi olan Jake Epping (yəni aktyor James Franco) həyatına anlatan bir dram dadında əfsanə işlərdən biridir. Ətrafındakı baş verən hadisələrlə əsasında Jake Epping, bir restoranın anbarının keçmişə açılan bir qapı olduğunu aşkar edir və bu qapını istifadə edərək vaxtı geri götürərək Epping, 22 noyabr 1963-cü ildə John F. Kennedinin (JFK) qətlinin qarşısını almağa çalışacaq.
7) Travelers / 8.1
Gələcəkdə Yer kürəsinin əhalisi əhəmiyyətli dərəcədə azaldı. O zamana qədər yaşamış və təsadüfən bir-birləri ilə tanış olmaq şansına sahib olan bir qrup zaman maşını kəşf etdi. Bu kəşfdən sonra "səyahətçilər" adlı bir qrup qurdular. Qrupun məqsədi zaman maşını ilə gələcəkdən keçmişə səyahət etməklə Yerin bu hala gəlməsinin səbəbini tapmaq və bunun qarşısını almağa çalışmaqdır.