Duzun bədənimizə xeyrləri və zərərləri. Duza Ağ ölüm deyilməyin səbəbləri.

Duzun bədənimizə xeyrləri və zərərləri. Duza Ağ ölüm deyilməyin səbəbləri.

Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir.

Kalsium duzu.
Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.
Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma, albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, portağal, ananas, üzüm, şaftalı, göy-göyərti, turpun, kökün və çuğundurun yaşıl hissələri, cücərmiş buğda, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsulları.
Kalium duzu.
Əzələlərin normal funksiyasını təmin edir (xüsusilə də ürək əzələlərinin), orqanizmdən suyun ifrazına yardımcı olur, sklerozun qarşısını alır. Kalium duzu natriumun yaranmasına səbəb olur, bununla da tuluqvari şişlərin çəkilməsini təmin edir.

Maqnezium duzu.
Antiseptik və damargenişləndirici təsir göstərir, qan təzyiqini aşağı salır, qanda xolesterini azaldır. Beyin qabığında tormozlaşma prosesini gücləndirdiyi üçün əsəb sisteminə sakitləşdirici təsir göstərir. Xərçəng xəstəliyinə qarşı mübarizədə güclü rol oynayır.
Əsas mənbə:badam, yumurta sarısı (çiy), qara ciyər, nanə, zeytun, cəfəri, araxis, kartof, boranı, gavalı, qoz, buğda, yulaf dəni, qarabaşaq, covdar çörəyi, kəpəklər, lobya.



Dəmir duzu.
Qan yaratmaq üçün lazımdır, oksigeni ağ ciyərdən alıb, bütün orqanların toxumlarına (o cümlədən, beyinin) paylayır. Hemoqlabinin tərkibinə daxildir. Qırmızı qan kürəcikləri qanda altı həftə ərzində damarada hərəkət etdikdən sonra, bir neçə tərkib hissəyə bölünür. Onda olan dəmir isə qara ciyərə və dalağa daxil olub, orada qalır, tələb olunacağı anı gözləyir. Dəmir hüceyrə nüvəsini yaratmaq üçün lazımdır.
Əsas mənbə: göy-göyərti, kök, cavan turpun və kökün gövdəsi və yarpağı, yumurta sarısı, qara ciyər, böyrək, quzuqulağı, göy noxud, kələm, pomidor, sarımsaq, mərci, xiyar, alma, armud, çiyələk, gavalı, quru meyvələrin bütün növləri.

Fosfor duzu.
Kalsium kimi o da sümük toxumasının tərkib hissəsidir. Kalsiumla fosfor ayrılmaz dostlardır və bədənə ondan 2 dəfə artıq tələb olunur. Bu iki duzun balansını pozmaq olmaz. Pozulsa orqanizm “yaşamaq üçün” sümük (diş, dırnaq, böyük oynaqlar) “ambarından” (əslində isə belə bir ambar yoxdur) kalsium “qoparmağa” məcbur olacaq. Xoşbəxtlikdən D vitamini fosfor-kalsium balansını tənzimləyir və bizi sümük xəstəliyindən, sümük ağrılarından, oynaq, dəri və əsəbxəstəliklərinə tutacaqlarından ehtiyat etməyə bilərlər.
Əsas mənbə: Göy noxud, buğda, mərci, soya, yulaf, paxlalı bitkilər, covdar, arpa, alma, armud, xiyar, rəngli kələm, pendir, ət, yumurta, balıq, araxis, soya, qoz, fındıq, turp, treska balığının ciyəri, göbələk, cücərmiş buğda.

Kobalt.
B12 vitmininin tərkib hissəsidir. Kobalt çatışmayanda qan xərçəngi baş verir.
Əsas mənbə: qatıq, yumurta, qara ciyər, böyrək, əridilmiş yağ, kərə yağı ( qızdırılmadan sutkada 17-20 qram).

Sink.
Vacib mikroelementdir, qanın və əzələ toxumasının tərkibinə daxildir, kimyəvi reaksiyaları gücləndirən katalizotor rolunu oynayır, orqanizmdə turşunun səviyyəsini saxlayır. İnsulinin tərkibinə daxildir, qanda şəkəri təmizləyir.
Əsas mənbə: buğda kəpəyi, cücərməmiş buğda.

Mis.
Qan tərkibinin normal qalmasında mühüm rol oynayır. Mis çatmırsa qara ciyərdə yerləşən və hemoqlabin hazırlamaq prosesində iştirak edə bilməyəcək.
Əsas mənbə: qoz, fındıq, püstə, badam, yumurta sarısı, qara ciyər, qatıq məhsulları.

Yod.
İmmuniteti qaldırmağa xidmət edir. “keşikçi” (patrul) hüceyrələrin yaradılmasında iştirak edir. Onun yaratdığı keşikçilərin vəzifəsi zərərli virusların qana daxil olmasının qarşısını almaqdır.
Əsas mənbə: dəniz balıqları, dəniz bitkiləri, bitkilərin yaşıl hissələri, turp, dəniz kələmi,  yemiş, sarımsaq, kök, kələm, kartof, soğan, pomidor, lobya, yulaq, quzuqulağı, çiyələk, üzüm.
Uşaqlara və yeniyetmə yaşlılara dah çox gərəkdir.Qod qatlığı maddələr mübadiləsini pozur və zob xəstəliyini törədir.

Kremnezem.
Bitişdirici, birləşdirici toxumların tərkib hissəsidir. Qanda az miqdarda olur. Lakin lıazım olan miqdar azaldıqda- adam hava dəyişkənliyini tez hiss edir, onun psixoloji halı pisləşir, başının tükü nazikləşir və tez qırılır, tezliklə dazlıq prosesi başlayır, dəri öz elastikliyni itirir.

Göz büllurunda gözün əzələlərinə nisbətən 25 dəfə artıq kremnezem vardır. Əvvəllər kremnezemle\ə astma xəstəliyini və soyuqdəyməni müalicə edirdilər. İndi distrofiya, epilepsiya, revmatizm, piylənmə, aterosklerozxəstəliklərini də onun köməyi ilə dəf etmək mümkündür. Kremnezem dəmirə və kalsiuma nisbətən daha rahat həzm olunur. Hətta, ahıl adamlar da onu çox yaxşı həzm edirlər.
Əsəs mənbə: xiyar, selder balığı, qatıq məhsulları, turp, günəbaxan tumu, pomidor, bir sıra çöl otlarından dəmlənmiş çay.

Mışyak.
Bu mikroelement  şəkərdən başqa bütün bitki və heyvanat qidalarında var. Bitkilərdə olan miqdar insanlar üçün kifayətdir.Mışyak fosgor itkisinin qarşısını alır və fosfor mübadiləsini tənzimləyir. Bişmiş xörəyi çox yeyən və tərəvəzdən, göy-göyərtidən az istifadə edən adamlarda allergiyanın güclü olmasını alimlər mışyak qatlığı ilə izah edirlə.

Vanadium.
Orqanizmin müdafiə funksiyasını gücləndirməkdə müstəsna rolu var. O, xəstəlik törədən mikroblarl udmağa qadir olan hüceyrələri (faqositlər) düzgün istiqamətləndirir, bununla da orqanizmi infeksiyalara qarşı qeyri-həssas edir.Digər mikroelementlərlə birlikdə qocalma prosesini yubadır.
Əsas mənbə: çəltik, yulaq, arpa, buğda, qarabaşaq, çay, kartof, covdar, kök, çuğundur, üzüm, armud, çiyələk.

Kükürd.
Orqanizmi təmizləmək funksiyasını daşıyır.
Əsas mənbə: kələm, sarımsaq, soğan, turp, boranı, kök, kartof, gavalı, əncir.

Xörək duzu.
Gündəlik norma 4-8 q. olduğu halda adamlar bundan 20 dəfə artıq  xörək duzu qəbul edir. Bu da böyrəklərin fəaliyyətini 8 pisləşdirir, ürək-damar xəstəliklərni törədir, maddələr mübadiləsinə pis təsir göstərir. “Ağ ölüm” adını buna görə almışdır.

Ftor. İçməli suda, ətdə və tərəvəzdə var.
Bor. Tərəvəzdə və ətdə var.
Aliminium. Bütün qidalarda mövcuddur.

Müəllif: Ərşad Əzimzadə
Mənbə: Möcüzəsiz möcüzə

Digər Mənbə. kayzen.az

568 Views