Guess Cins Paltararın Tarixi
“Cins bizim dünyamızdır” (“Denim is our world”) - "Guess" yaradıcılarından.
80-cı illərin əvvəllərində artıq cins geyimlər köhnəlməyə başlamışdı, elə Marsiano qardaşları da bunu fürsət bilib, milli amerikan parçalasından avropa stilli cinslər yaradaraq bir yeniliyə imza atmış olurlar və bu yenilik də moda dünyasında çox uğurla qarşılanmış olur. Belə ki, 1981-ci ildə Marsiano qardaşları (Paul Marsiano, Maurice Marsiano) Kaliforniyada cinslərin istehsalı üzrə çox böyük olmayan bir kompaniya açmış olurlar.
Onların yaratdığı orijinal dizayna məxsus olan cinslər zamanla bütün vaxtların məhsuluna çevrilməyə başlayır. Və beləliklə Fransada boya başa çatmış iki qardaş Amerika vəhşilyi ilə avropa hissiyatını bir-birinə qataraq Guess brendinin möhürünü vurmuş oldular.
Guess adı altında buraxılan cinslər bir vaxtların çox kobud sayılan kovboysayağı imicindən uzaq olan cinslərdir. Bu cinslər naməlum, sirli, əlçatmaz və qüsursuz bir bədəni canlandırır.
“Gözəllik cazibədar və sağlam olmalıdır” – bunu Guess-in yaradıcılarından sayılan qardaşlardan biri Paul Marciano deyir. Modellərin həddindən artıq, çox arıq olmasına qarşı olan Paul M. Guess üçün belə bir ənənə də qoymuşdu: bu brend geyimlər buraxmaqla yanaşı super-modellər də yaratmalıdır. Belə ki, o reklamlarda məşhur modellərdən istifadə etmir və model agentlikləri ilə də əlaqə saxlamırdı. Əksinə, reklamlara dünyanın müxtəlif yerlərindən heç kimin tanımadığı, məşhur olmayan qızlar çəkilirdilər. Guess-in qızları sirrli olmalıdır. Bu onlara olan marağı daha da artırmalı idi. Belə də oldu.
Hal-hazırda məşhurlar sırasında tanıdığımız ulduz adlandırdıqlarımız öz modellik karyeralarını da məhz Guess-in reklamlarında iştirak etməklə başlayıblar: Klaudia Şiffer, Yeva Hersigova, Letisiya Kasta, Karla Bruni, Naomi Kempbel və s.
Hazırda “Guess” adı çəkildiyi zaman ağla yəqin ki, ilk öncə “cins”lər gəlir. Amma, Guess də genişlənib, şaxələndi: 2005-ci ildən etibarən Guess kişi və qadın ətirləri də sitehsal etməyə başlayır. 2007-ci ildə isə daha bir xətt də buraxıldı- G by Guess. Bu yeni brend daha çox əlvan və çəkici geyimlər yaradırdı və bu elə qiymətə nəzərə alınmışdı ki, bütün gənclər bu geyimlərdən alıb, geyinə bilsinlər. Kişi, qadın və uşaq cinsləri, saatlar, ayaqqabılar, eynəklər, ətirlər, çantalar, aktiv tətil üçün rahat geyimlər, dəniz geyimləri, şallar, üzük, sırğa-bir sözlə bəzək əşyaları yaradan Guess bu gün yer üzündə 750-dən çox mağazaya sahibdir və bu son da deyil, belə ki, mağazaların sayı günü-gündən artmağa başlayır.
Öz sadəliyi və zövqlülüyü ilə fərqlənən Guess bu gün moda sahəsində ad qazanaraq məşhur olmuş brendlər sırasındadır. Halbuki, Marsiano qardaşları bu işə bir neçə cüt sadə cinslərlə başlamışdılar. İstəməkdən, bütün çətinliklərə rəğmən istdiyinin üstündə durmaqdan və bu yolda irəliləməkdən çox şey asılıdır. Və biz də bir daha bu fikrin doğruluğunun şahidi olduq.
Mənbə. kayzen.az