Həyata nikbin baxış: Polyanna sindromu

Həyata nikbin baxış: Polyanna sindromu

Bu sindrom haqqında fikirləri ilk dəfə 1978-ci ildə Matlin və Stanq adlı psixoloqlar irəli sürdü. “Pollyanna sindromu” insanın hətta pis hadisələrdə belə yalnız müsbət tərəflərini görə bilməsidir. “Dünyaya çəhrayı eynəklə baxır” ifadəsini sindromu keçirən insanlara aid etmək olar. Maşını xarab olan insan əhvalını pozmur və düşünür ki, piyada getmək sağlamlığa faydalıdır. Bu sindromu araşdırmaq üçün psixoloqlar “Polyanna” əsərinə müraciət edib. “Polyanna” əsəri Amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən 1913-cü ildə yazılıb. Qısa zamanda əsər uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırırdılar. Kitabda 11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın hekayəsindən bəhs edilir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xalası Polli Harrinqtonu da yumşaldır. Atasının ona öyrətdiyi “Məmnunluq oyunu” Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir. Hətta həmin hadisələr nə qədər çox ağır olarsa, oyun bir o qədər də maraqlı alınır. Əslində bizim bildiyimiz “hər şərdə bir xeyir var” məntiqinin daha əyləncəli və asan anlaşıla bilən halı əsərdə öz əksini tapıb. Bu oyun sayəsində Polyanna həmişə şəndir, gümrahdır, həyatcanlıdır. Eyni zamanda əhval-ruhiyəsi ilə ətrafındakılara da sevinc qaynağıdır: xalası Pollinin soyuq və cansıxıcı həyatına isti nəfəs gətirir, qaraqabaq və qaradinməz Con Pendeltonun özünə qapanıq xasiyyətini dəyişdirir, həyatdan küsmüş, deyingən bir yataq xəstəsi olan xanım Snouya ondan daha ağır vəziyyətdə olanlardan danışıb, həyatında gözəl şeylərin də olduğunu göstərib onu bu əzabdan xilas edir, yetim Cimmi Binin isti bir evdə rahat bir şəkildə yaşaması üçün əlindən gələni edir, buna nail olur və nəhayət ən sonunda illər öncə küsüb ayrılmış xalası və Tomas Çiltonun barışmasına kömək edir. Yazıçı həyata pozitiv yanaşıb, stəkanın dolu tərəfini görənlərin, başına gələnlər üçün səbir edib, hər şeydə şükür etməyə səbəb tapanların həm özlərinin, həm də ətrafindakıların həyatına necə müsbət təsir edəcəyini əsərində açıq-aydın göstərib. Lakin, qulağa nə dərəcədə xoş gəlsə də Polyanna sindromunun mənfi tərəfləri də var. Bu sindroma tutulma zamanı insan reallığı görə bilmir və özünü “yaxşı” dünyada yaşayan “pis” biri kimi düşünür. Polyanna sindromu daha çox valideynləri tərəfindən sevgi hiss etməyən uşaqlarda yaranır. Uşaq özünü valideynə göstərmək üçün dəridən qabıqdan çıxır. Nəticədə öz şəxsi istək və arzularını hiss etmək qabiliyyətini itirir. Sırf bu tip xəstəliyi olan bir Kemal Sunal filmi izləmək istəyirsizsə buyurun izləyin

Gülen Adam

https://youtu.be/So6b5qua_zc?t=5121 Mənbə. bildirchin.az
568 Views