İnsan Haqqında Qəribə elm Faktlar
İnsan və heyvan fiziologiyası (yunanca fizio- təbiət, loqos- elm deməkdir) — öyrənilməsi və izahı üçün biologiya, fizika, kimya, riyaziyyat və kibernetika elmlərinin metod və anlayışlarından istifadə edərək heyvan və insanın funksional aktivliyi haqqında elmdir.
Fizioloji qanunları aşkarlamağa ilk cəhd edən Hippokrat olmuşdur. Hipokrata qədər İNsanlar elə bilirdi ki, xəstəliklər tanrıların verdiyi bir bəladı . Sırf buna görə insanlar tanrılar üçün dəridən qabağından çıxırdı. O, xəstəliklərin yaranmasında Allahların müdaxiləsi ilə bağlı mövcud olan mövhumatı inkar edərək, təbii səbəblər nəticəsində olduğunu öyrədirdi. Hippokrat təlimi ondan ibarətdir ki, xəstəlik Allahların cəzası deyil, təbii faktorların, qidalanmanın, adətlərin, insan həyatının xarakterinin pozulmasının nəticəsidir. Hippokratın məcmuəsində xəstəliyin əmələ gəlməsində heç bir mistik xarakterli qeydlər yoxdur. Eyni zamanda Hippokrat öz təlimində bir çox hallarda düzgün olmayan istinadlara, səhv anatomik və fizioloji nəticələrə, həyat şirələri haqqında təlimlərə də əsaslanıb.
İnsanlar haqqında qəribə məlumatlar.
- İnsan ürəyi gündə orta hesabla 100 dəfə döyünür:
- İnsan bədənindəki damarların uzunluğu 96 min kilometrdir:
- Hər insan həyatı ərzində 22 kiloqram dəri itirir
- Sağlam insanın dırnağının tam inkişafı 4-6 ay davam edir:
- Barmaqlar insanın ömrü ərzində 25 milyon dəfəyə yaxın açılıb-yumulur
- Dünyaya gəlməsinə az müddət qalmış ana bətnindəki uşaqlar rok musiqisinə və yüksək səsə təpik ataraq reaksiya verirlər:
- Hər 20 nəfərdən birində, xüsusən də kişilərdə qabırğaların 1-i artıq olur:
- Böyrəklər gün ərzində qanı 300 dəfə təmizləyirlər:
- İnsanın başında 100 minə yaxın saç olur:
- İnsan genləri ilə şimpanze genləri arasında bənzərlik 98,4 faizdir:
- 300 sümüklə dünyaya gələn insanda yetkinlik dövründə sümüklərin sayı 206-a düşür:
- Diş minası insan bədənində ən sərt maddədir
- İnsan aclıqdan əvvəl yuxusuzluqdan ölür:
- Hər min körpədən biri tək dişlə doğulur.
İnsan Haqqında
Bədəninin uzunluğu 170 sm, çəkisi 70 kq və bədən sahəsi 1,8 kvadratmetr olan 20-30 yaşlarında olan insan üçün orta göstəricilər aşağıdakılardır:
Bədənin ümumi çəkisi 70 kq-dırsa, fərdi orqanların çəkisi:
- Əzələlər 30 kq = 43 % bədən kütləsi
- Skelet 7 kq = 10%
- Dəri və dərialtı hüceyrələr 6,1 kq = 8,7%
- Qan 5,4 kq = 7,7 %
- Həzm sistemi 2,0 kq = 2,9 %
- Qaraciyər 1,7 kq = 2,4 %
- Sümük iliyi 1,5 kq = 2,1 %
- Beyin 1,3 kq = 1,8 %
- Ağciyər 1,0 kq = 1,4 %
- Ürək 0,3 kq = 0,43 %
- Hər iki böyrək 0,3 kq = 0,43 %
- Qalxanabənzər vəzi 0,02 kq = 0,03 %
- Dalaq 0,18 kq = 0,26 %
İnsanın inkişaf mərhələləri
körpəlik | uşaqlıq | yeniyetməlik | yetkinlik | yaşlılıq- körpəlik (0-3 yaş)
- uşaqlıq (3-12 yaş)
- yeniyetməlik (12-21 yaş)
- yetkinlik (21-65 yaş)
- yaşlılıq (65 yaş və üzəri)