Liderlik

Liderlik

Təşəbbüs və liderlik. Bunlar ona görə bir yerdədir ki, liderlik uğur qazanmaq üçün vacibdirsə, təşəbbüs liderlik vərdişinin yaranması üçün əsasdır. Vaqon təkəri üçün ox nə qədər zəruridirsə, təşəbüs də uğur üçün bir o qədər lazımdır. Bəs təşəbbüs nədir? Bu elə bir müstəsna keyfiyyətdir ki, hər hansı bir göstəriş olmadan belə, insanda ixrac olunmalı işin görülməsinə həvəs oyadır. Təşəbbüs lazım olanı icra etməkdir. Kim istənilən işdə lider olmaq istəyirsə, ləngimə onun öldürücü düşmənidi və mütləq bu vərdişi tərgitməlidir. Mən görürəm ki, bədənimin əzələləri istifadə olunduqda güclənir və başa düşürəm ki, təşəbbüskarlıq vərdişi də istifadə olunduqca möhkəmlənir. Başa düşürəm ki, başlanğıc üçün gündlik xırda işlərdə təşəbüs vərdişlərini inkişaf etdirməliyəm. Odur ki, hər gün işə yalnız bir məqsədlə - təşəbbüs üçün lazım olan vərdişi inkişaf etdirmək məqsədilə gedəcəyəm. Mən anlayıram ki, gündəlik işimdə təşəbbüs göstərərək təkcə vərdişi inkişaf etdirmirəm, eyni zamanda bu vərdişlərdən bəhrələnməklə xidmətlərimi daha çox qiymətləndirəck adamların diqqətini özümə cəlb edirəm. Təşəbbüsü və liderliyi ələ almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır: Birinci. Siz ləngimək vergisinə qalib gəlməli və ondan yaxa qurtarmalısınız. Dünən və ya bir həftə əvvəl, yaxud keçən il və yaxud bir neçə il əvvəl etməli olduğunuz işi sabaha qoymaq sizin varlığınızın əsasını dağıdır və ondan azad olmasanız, heç nəyə nail ola bilməzsiniz. İkinci. Siz, əlbəttə, bilirsiniz ki, yalnız başqalarına yaxşılıq etməklə xoşbəxtlik əldə edə bilərsiniz. Eyni şey təşəbbüsün inkişafına da aiddir. Siz bu keyfiyyəti o vaxt yaxşı inkişaf etdirə bilərsiniz ki, onu başqalarına da aşılayasınız. İşdə və cəmiyyətdə siz daimi olaraq digər adamlarla ünsiyyətdə olursunuz. Özünüz üçün bir qayda yaradın: sizə qulaq asmaq istəyən hər kəsə təşəbüsün inkişafına aid söhbtlər edin. Bunu isə nə üçün etdiyinizi başqalarına izah etməyə ehdiyac yoxdur. Həm də elan etmək lazım deyil ki, siz bunu edirsiniz. Sadəcə, bu işi görün. Əlbəttə, özünüz dərk edirsiniz ki, belə praktika ən azı başqalarına ziyan vurmamaq üçün sizə kömək edir. Üçüncü. İki tip liderlik mövcuddur: bunlardan biri öldürücü və destruktiv, digəri faydalı və konstruktivdir. Öldürücü tip uğura yox, tam məğlubiyyətə aparır. Bu tip könüllü olmayan ardıcıllarına öz fikirlərini güclə qəbul etdirən psevdoliderlərə aiddir. Liderliyin qiyməti. İnsanın işi bütün dünya üçün nümunə olduqda o, həmişə paxıllıq obyekti olur. Əgər iş orta səviyyədə yerinə yetirilirsə, insan təhlükəsizdir, ona toxunmurlar. Əgər o, şah əsər yaradırsa, milyonlarla dil işə düşür. Liderə həmişə hücum edirlər, çünki o, liderdir və ona bərabərləşməyə sərf olunan güc onun liderliyinə sübutdur. Lideri ötüb keçmək, yaxud ona çatmaq istəyən paxıllar onu gözdən salmağa və ya məhv etməyə çalışırlar. Lakin elə bununla da liderin üstünlüyünü təsdiq edirlər. Əgər lider həqiqi liderdirsə, o, LİDER olaraq qalır! Nə qədər uca səslə inkar etməyə çalışsalar da, dahilər yenə də şöhrət qazanırlar. Deyilənə görə, əməkdaşlıq dildə ən əhəmiyyətli sözdür. Əməkdaşlıq ailədə, ər-arvad, valideyin-övlad münasibətlərində çox vacibdir. O, dövlət işlərində də mühüm rol oynayır. Əməkdaşlıq prinsipi o qədər əhəmiyyətlidir ki, əgər rəhbər bunu başa düşmürsə və öz liderliyində bu prinsipi tətbiq etmirsə, onda, heç vaxt güclü və uzunmüddətli lider ola bilməz. Başqa səbəblərdən daha çox əməkdaşlığın olmaması işgüzar müəssisələri məhv edir. Liderliyə tələblərdən ən başlıcası tez və qəti qərar qəbul etməkdir. Ardıcılların öz planlarına inandıran və bu planları həyata keçirən güclü şəxsiyyət həmişə müvəfəqiyyətli lider olacaqdır. Gələcəyin liderində aşağıdakı keyfiyyətlər olmalıdır: 1. Altı başlıca qorxu hissini yox etmək; 2. Şəxsi maraqlarını ardıcıllarının rifahına tabe etdirməyə hazır olmaq, tamahkarlığı və acgözlüyü aradan qaldırmaq 3. Zamanın tələblərinə uyğun gələn müəyyən liderlik proqramı ilə ifadə olunan aydın məqsədlilik; 4. Yüksək şüurluluq prinsipini başa düşmək və ondan istifadə etmək qabiliyyəti; 5. Ən yüksək dərəcədə özünə inam; 6. Çevik qərarlar çıxarmaq və onları müdafiə etmək bacarığı; 7. Zamanın tələblərini görmək və bu tələbatı təmin edəcək planlar hazırlamağa imkan verən təxəyyül; 8. Böyük təşəbbüskarlıq; 9. Ruh yüksəkliyi və onu ardıcıllarına da təlqin etmək qabiliyyəti; 10. Özünə yüksək dərəcədə nəzarət; 11. Çox xidmət göstərmək və onun müqabilində az ödəniş almağa hazır olmaq; 12. Bərabər, cəlbedici xarakterə malik olmaq; 13. Dəqiq düşünmək qabiliyyəti; 14. Başqaları ilə bərabərlik ruhunda əməkdaşlıq etmək bacarığı; 15. Fikirlərini cəmləməkdə və tapşırıqları yerinə yetirməkdə inadcıl olmaq; 16. “Aydınlanmaq” və səhvlərdən, uyğunsuzluqlardan nəticə çıxarmaq qabiliyyəti; 17. Həddən artıq dözümlülük; 18. Təmkinlilik və bütün hallarda sadəlik; 19. Məqsəddə və hərəkətlərdə düzgünlük” 20. Digər adamlarla qarşılıqlı münasibətlərə aid qızıl qaydaya əməl etmək. Napoleon Hill: MÜVƏFFƏQİYYƏT QANUNU Mənbə. Kayzen.az
568 Views