Mastopatiya nədir?

Mastopatiya nədir?

Yaxın zamanlara qədər mastopatiya orta yaşlı qadınların xəstəliyi hesab olunurdu. Lakin son zamanlar xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə cavanlaşıb. Artıq gənc qızlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Antik əfsanəyə görə, mastopatiyadan ilahə Gera da əziyyət çəkib. Döş nahiyəsindəki dözülməz ağrılar ona əzab verirdi. Xoşbəxtlikdən yunan tibb tanrısı sayılan Asklepiya ona kömək edir. Həkim Geraya dağ bitkilərindən toplanıb hazırlanmış məhlul verir və bununla da Gera tam sağalır. Müasir həkimlər deyir ki, İlahənin bəxti onda gətirib ki, xəstəlik tez aşkar olunub və müalicə öz effektini tez verib. Çünki diaqnozun tez olması uğurlu müalicəyə işarədir. Ona görə də əgər aybaşı başlayan zaman döşdə ağrılar varsa, dərhal həkimə müraciət edin. Unutmayın ki, qadın üçün bu son dərəcə həssas bir orqandır. Etinasız münasibət sonda pis nəticələrə gətirib çıxara bilər. Hesablaşma Mastopatiya — süd vəzilərinin quruluşundakı dəyişikliklə əlaqədardır. İndiyə qədər də həkimlər onun yaranma səbəbini tam şəkildə deyə bilmir. Lakin bir neçə əsaslı səbəblər, təbii ki, mövcuddur. 1-ci yerdə tez-tez edilən abortlar, müntəzəm olmayan cinsi həyat, gec doğuşlar, döş əmizdirmədən inkar etmə dayanır. Digər səbəblərən — süd vəzilərinin zədələnməsi, hormonal pozuntu, stresslər, hormonal preparatların özbaşına qəbulu və günəş vannalarının həddindən artıq qəbuludur. Problemi vaxtında aşkar etmək üçün ən azından ildə 1 dəfə müayinədən keçmək mütləqdir. Həmçinin hər ay özünü müayinə edə bilərsən. Bunu etmək üçün düzgün zaman seçimi daha vacibdir. Belə ki, aybaşı başlayandan 5-8-ci günləri özünü müayinə üçün məqsədəuyğundur. Xüsusi diqqəti dəriyə, döş gilələrinə və döşün ölçüsünə yönəlməlidir. Vəzlərdəki cüzi dəyişiklik normal hesab olunur. Lakin əhəmiyyətli və nəzərə çarpan dəyişiklik narahatlığa əsas verir. Sağ və sol döşünə növbə ilə toxun, saat əqrəbi istiqamətində gilələrə doğru hərəkət edin. Bunu öncə ayaqüstə, sonra uzanaraq edin. Döş gilələrini ehtiyatla sıxın, əmin olun ki, heç bir maye ifraz olunmadı. Əgər anormallıq hiss edirsənsə, mütləq həkim – mammoloqa müraciət edin. Dəqiqlik və təhlükəsizlik Süd vəzilərinin dəqiq müayinəsi mammoqrafiya ilə müəyyən olunur. Bu metod sadə, ağrısız, təhlükəsiz və yüksək effekti ilə seçilir. 85-95 % hallarda süd vəzilərindəki dəyişikliyi müəyyən etmək mümkün olur. Metod 35 yaşından yuxarı qadınlarda istifadə olunur. Mammoqrafiya menstrual dövrün ilk mərhələsində həyata keçirilir. 35 yaşından aşağı qadınlarda USM edilir. Mastopatiya (süd vəzisinin fibroz-kistoz xəstəliyi) Süd vəzisi bir-biri ilə müəyyən qarşılıqlı nisbətdə olan vəzili və birləşdirici toxumalardan ibarətdir. Tsiklin günündən və qadının yaşından asılı olaraq toxumaların nisbəti dəyişir. Bu dəyişikliklər müvafiq yaşa uyğun və funksional normalar həddində qalmalıdır və bu normalardan hər hansı kənarlaşma patologiya hesab edilir. Mastopatiya zamanı süd vəzisinin tarazlıq vəziyyəti pozulur. Bunun səbəbləri çoxdur. Onlardan biri ginekoloji statusun pozulmasıdır. Lakin süd vəzisinin vəziyyətinə təsir göstərən digər səbəblər də vardır: qalxanvari vəzi, böyrəküstü vəzilər, hipofiz vəzisi, mədəaltı vəzi, eləcə də həddən artıq yorulma, stress halları və s. Mastopatiyanın hər hansı təzahürü xoşxassəli prosesdir, yəni təhlükəli deyil. Lakin bəzi hallarda bədxassəli proses də başlaya bilər. Bu keçid məqamını vaxtında hiss etmək üçün qadın süd vəzisi xəstəliklərinin diaqnostikası ilə məşğul olan mütəxəssisə müraciət etməli və müayinə olunmalıdır. Bəzən 13-15 yaşlı yeniyetmə qızlara səhvən belə bir diaqnoz qoyulur. Bu onunla əlaqədardır ki, bu yaşda döş vəzisi toxumasında təbii böyümə prosesi müşahidə edilir və bu proses ağrı hissi ilə müşayiət olunur. Preklimakterik yaşda olan qadınlarda isə əksinə, zahirən mastopatiya kimi müşahidə olunan böyümə, bədxassəli törəmənin ilkin əlaməti ola bilər. Bu baxımdan müntəzəm müayinə olunmaq çox vacibdir. Xususilə, döş vəzisi nahiyyəsində hər hansi bir narahatlıq hiss olunarsa, mütləq həkimə müraciət edilməlidir. Yaşı 40-a qədər olan qadınlara məsləhət görülür ki, iki ildə bir dəfədən gec olmayaraq döş xəstəliklərinin diaqnostikası üzrə mütəxəssis həkimə müraciət etsinlər. 40 yaşdan 50 yaşa qədər olan dövrdə qadınlar iki ildə bir dəfə, 50 yaşdan sonra isə hər il rentgen-mammoqrafiya müayinəsi keçməlidirlər. Mənbə.  kayzen.az
568 Views