Kenzaburo Oe haqqında
10 dekabr 1994-cü il
Mən uşaqlığımı və yeniyetməliyimi Nils Holgerssonun böyük təsiri altında keçirən qəribə bir yaponam. Nilsin üzərimdəki təsiri o qədər böyük idi ki, o vaxtlar mən öz ölkəmdən daha yaxşı İsveçin gözəl yerlərini adbaad sadalayırdım.
Nilsin geniş zənginliyi mənim ədəbiyyata tutqunluğumu artırdı. Mən “Gencinin hekayəsi”nə etinasızlıq göstərmişdim. Özümü Selma Lagerlöfə daha yaxın hiss edir və bu məşhur “Xanım Murasaki” əsərinin müəllifindən daha çox hörmət edirdim. Ancaq yenə də Nils və onun dostlarına təşəkkürlər, mən “Gencinin hekayəsi”nə olan marağımı yenidən kəşf etdim. Nilsin təsiredici yoldaşlığı məni ora gətirdi.
Klassik hekayənin baş qəhrəmanı Genci qaz sürüsünə arvadının ruhunu axtarmağı təklif edir, onun ruhu artıq yuxularına da gəlmir.
Qəlbimin istiqamətinə Nils Holgersson yol açmış, Qərbi Avropa ədəbiyyatına gəlməyə can atmışdım. Mən coşğu ilə ümid edirəm ki, bir yapon kimi mənim ədəbiyyat və mədəniyyət məşğuliyyətim, müəyyən mənada, Qərbi Avropaya insanlığın üzərinə saçdığı işığın borcunu qaytaracaq. Ola bilsin, qazandığım mükafatın elə bir fürsət kimi faydası var. Hələ çox fikrin töhfələri və uzaqgörənlik gəlməkdədir və mən qarşılığında çətinliklə nəyəsə başlayıram. Bu ziyafət də bir hədiyyədir ki, mən onu səmimiyyətlə qəbul edirəm. Çox sağ olun.
Mənbə. Kayzen.az