Seri Qatil Klon Poqo kimdir

Seri Qatil Klon Poqo kimdir

John Wayne Gacy 1942-ci ildə Çikaqoda orta səviyyəli bir ailənin yeganə oğlu olaraq anadan olub. Anası və bacıları ilə münasibətləri həmişə yaxşı olub. Amma spirtli içki aludəçisi olan atasının daim zorakılığına və təzyiqinə məruz qalıb. Daha doğrusu, atası onu qınadığı üçün bu təzyiqə görə ailə dostu tərəfindən dəfələrlə təzyiqə məruz qaldığını izah edə bilməyib. Çünkü düşünürdü ki, atası bu məssəllədədə onu qınayacaq və günahkar sayacaqdı. 

O, 11 yaşında başını oyun meydançasında vurduqdan sonra huşunu itirib, 16 yaşında bu hadisə ilə bağlı beynində əmələ gələn qan laxtası aşkar edilərək müalicə olunub. 14-18 yaş arası səhhətində yaranan problemə görə ümumilikdə 1 il xəstəxanada yatıb. Bu səbəbdən o, 4 dəfə məktəb dəyişib və nəticədə orta məktəbi bitirə bilməyib Çikaqonu tərk edib. O, köçdüyü Las-Veqasdakı meyitxanada işləməyə başlamışdı. Gecə qaldığı meyitxanada tabutda kişi meyitinin yanında özünün uzandığını görəndə şoka düşdü və bu, onun üçün oyanış idi.

Normal həyat qurmaq ümidi ilə biznes təhsili almaq üçün Çikaqoya qayıdıb və evlənib. O, qayınatası tərəfindən idarə olunan KFC-də menecer kimi işə başlayıb. Yaxşı pul qazanırdı və iki övladı var idi. Onun həyatı öz yolunda idi. O, gənclərə yol göstərən xeyriyyə işində də fəal iştirak edir və burada gördüyü işlərlə cəmiyyətdə hörmətli bir ada çevrilirdi. Amma işçini zorla münasibətdə olmağa cəhd etdiyi üçün 18 ay həbs cəzası alması hər şeyi alt-üst etməyə kifayət etdi. Bu müddətdə arvadı onu tərk etdi və uşaqları bir daha görmədi. Həbsxanadan çıxanda yenidən normal görünmək planını işə saldı. O, yenidən biznesə başlayıb, ev alıb, yenidən ailə qurub, yenidən xeyriyyə işləri ilə məşğul oldu. O, yenidən ehtiyacı olan uşaqları işlətdiyi tikinti şirkətində yaxşı qazanc əldə etməyə başladı, boş vaxtlarında kloun qiyafəsində xəstə uşaqları əyləndirirdi. O, Kloun Poqo kimi tanınır və sevilirdi. Cinayət keçmişini gizlətməklə o, yenidən cəmiyyətdə məşhur xeyriyyəçiyə çevrildi.

P

Ancaq qeyri-sabit vəziyyəti və gey jurnallarına aludə olması səbəbindən ikinci evliliyi də qısamüddətli oldu. Ancaq boşanma onun üçün kiçik bir problem idi, çünki daha böyük problem içində idi. 1978-ci ildə itkin bir uşaq xəbərini araşdıran detektivlər, Gacy uşağı görən sonuncu şəxs olduğunu müəyyən etdilər. Keçmiş cinayəti müəyyən edildikdən sonra o, bir nömrəli şübhəli oldu. Onun evində aparılan araşdırmalarda son illər itkin düşmüş bəzi gənclərin əşyaları tapıldıqdan sonra Poqoya artıq qaçış şansı saxlamadılar.

Dindirilmə zamanı o, yaşadığı evin ərazisində basdırılmış meyitlərin olduğunu etiraf edib. Hadisə dərhal ümummilli məsələyə çevrildi. Ərazinin qazılması bir aydan çox çəkdi və gecə-gündüz televiziya ilə canlı yayımlandı. Qazıntılar zamanı 28 gəncin meyiti tapılıb. Bundan başqa, onun öldürdüyü 5 nəfərin cəsədi yaxınlıqdakı göldən tapılıb. Gacy cəmi 6 il ərzində 33 nəfəri öldürmüşdü. Etirafında o, davamının ilk qətlindən aldığı zövqdən sonra gəldiyini deyirdi. Birincisi səhər yeməyi hazırlayaraq onu oyatmağa gələn gəncin əlindəki bıçağın hücum üçün nəzərdə tutulduğunu düşünməsi olub. Qurbanların əksəriyyəti yeniyetmələr və ya onlar üçün işləyən seks işçiləri idi. Əllərinə qandal vurub, zorlayıb, işgəncə ilə öldürüb, onlara qandaldan necə çıxacağını göstərəcəyini deyib. O, məhkəmədə ruhi xəstə olduğunu iddia etsə də, ölüm hökmünün qarşısını ala bilməyib. O, edamdan əvvəl 14 il həbsxanada yatdı və bu müddət ərzində onun qədər məşhurlaşacaq Kloun Poqonun öz portretini çəkdi. 1994-cü ildə öldürücü iynə ilə edam edilib. Onun son yeməyi qızardılmış toyuq əti, firi, karides, kola və çiyələkdir; Son sözləri  isə "kıçımı öp!"  deməyi idi.

568 Views