Qubanin Xınalıq kəndi (TVmusavat kanalı)
https://youtu.be/6ZQFH8gX1iQ?t=39
https://youtu.be/4VcWIvZCMuc?t=114
Xınalıq (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonununeyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.
Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.
8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİdövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.
Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır. Xınalıq kənd orta məktəbinin binasında həmin dairənin 64 saylı seçki məntəqəsi yerləşir.
Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Xudat Sərhəd Dəstəsinin "Xınalıq" sərhəd zastavası, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, Azercell və Bakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.
Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir.
Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.
Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir.
Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır.
2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.
Xınalıq kəndinin əsas və aborigen sakinləri olan Xınalıqlılar Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Onlar Şahdağ milli etnik qrupunun nümayəndələri, aborigen Azərbaycanlılardır. Tarixən xınalıqlılar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar islam dininə sitayiş edirlər (sünni). Xınalıqlılar özləri-özlərinə "kətdid" deyirlər ki, bu sözün mənası "özümüzkilər" deməkdir. Xınalıq dilinin əsas daşıyıcıları Xınalıq kəndinin özündə yaşayan xınalıqlılardır. Ümumi sayı 30 minə yaxın olan xınalıqların təxminən 5 min nəfəri təmiz Xınalıq dilində danışırlar.
Xınalıqda təhsilə maraq hələ qədimlərdən olub. Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş. Söyləyirlər ki, kəndin oğlanları İstanbulda, Təbrizdə, Səmərqənddə təhsil alıblar. Səmərqənddə xınalıqlıların qəbri var. XIX əsrdə xınalıqlıların 90%-i savadlı olub. Lakin sonralar bu faiz xeyli aşağı düşüb və yalnız XX əsrin60-cı illərində ilk xınalıqlı ali təhsil alıb
Hazırda kənddəki R. Kəlbiyev adına Xınalıq kənd orta məktəbində 312 şagird təhsil alır. Həmin məktəb 1926-cı ildə yaranmışdır. Quba rayon XDS-nin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 1995-ci il tarixli, 039 nömrəli Qərarı ilə Xınalıq kənd orta ümumtəhsil məktəbinə Rüfət İbrahim oğlu Kəlbiyevin adı verilmişdir. Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Rüfət Kəlbiyev Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. I-IV siniflərdə kətiş dilində "Ana dili" dərsi keçirilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 1995-ci il tarixli, 266 saylı əmrilə "Xınalıq dili tədris proqramı" təsdiq olunmuşdur. Həmin vaxt Xınalıq kənd orta məktəbinin ali dərəcəli dil-ədəbiyyat müəllimi olmuş şair-mütərcim Rəhim Alxasın tərtib etdiyi bu proqram Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutununelmi şurasının qərarı ilə bəyənilmiş və istifadə üçün məsləhət görülmüşdür[54]. Lakin bu tələbatı ödəyən ədəbiyyat və dərslik yoxdur. Xınalıqdan son beş il ərzində (2005-2010) cəmi bir nəfər ali məktəbə daxil olmuşdur (2010-cu ildə). Bu təhsilin səviyyəsi aşağı olmasının göstəricisidir.
Xınalıqda hal-hazırda 17 nəfər ali təhsilli şəxs vardır. Onlardan 11-i pedaqoq, 3-ü iqtisadçı, 3-ü mühəndisdir.
Xınalıq kəndində müxtəlif dövrlərə aid səkkiz qəbiristanlıq vardır. Kənddə "Giyad təpəsi" deyilən yerin başından tutmuş ayağınadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız-hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmamışdır. Xınalıq qəbiristanlıqlarında köhnə qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca böyükdür. Başdaşları ya ərəb əlifbası, ya da ondan qabaqkı əlifbalarla yazılıb] Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3-4 mərtəbəlidir. Burada qəbirlər bir-birinin üzərində yerləşir.
Xınalıq ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam dövrünə aiddir, qalanı isə islamaqədərki inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir.
Xınalıqda VIII-IX əsrlərdə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlayır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrdə tikilmişdir. Camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində "runa" yazıları həkk olunmuşdur. Yazıların təqribən III-VIII əsrlər arasında yazıldığı ehtimal olunur. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası "günəşin doğması" və "yeni tarixin başlanması" mənasını daşıyır. Oxşar yazılara Damdam çayı yaxınlığındakı şəlalə ilə üzbəüz Kündür dağında yerləşən sal daşın üzərində rast gəlmək mümkündür.
Hazırda Xınalıqda əsasən 7 məscid fəaliyyət göstərir