Məntiqi məsələlər/Suallar

Məntiqi məsələlər/Suallar

1. İki şəxs çaya yaxınlaşır. Çayın sahilində qayıq var və o yalnız 1 şəxsi daşımaq iqtidarındadır. Hər iki şəxs qayığa minərək çayın digər sahilinə keçir. Necə?
2. Şerlok Holms küçə ilə gedirdi və birdən küçədə yerdə uzanmış ölü qadın görür. O qadına yaxınlaşır, çantasını açır və telefonunu çıxarır. O telefonda qadının ərinin nömrəsini taparaq zəng edir: -Təcili olaraq bura gəlin. Həyat yoldaşınız qətlə yetirilib. Bir müddət keçdikdən sonra kişi gəlir, qadına baxır və deyir: -Əzizim, səninlə nə baş verib?! Bu zaman polis hadisə yerinə yaxınlaşır. Şerlok barmağı ilə kişini göstərərək deyir: -Bu kişini həbs edin. Qatil odur. Sual: Şerlok Holms nəyə görə belə düşünürdü?
3. Atın digər atın üzərindən atladığı hadisə harada baş verir?
4. Masanın üzərində bir banka var. Onun yarısı masanın üzərində, yarısı isə havadadır. Yarım saatdan sonra bankanın yerə düşəcəyini nəzərə alsaq, onun içərisindəki nədir? Və nəyə görə?
5. Bir kişi dənizdə fırtınaya düşür və fırtına onu yalnız qadınların yaşadığı adaya aparır. O səhər ayıldıqda kəndirlərlə bərk-bərk bağlandığını görür və tezliklə onu öldürəcəklərini anlayır. O son sözünü demək haqqını tələb edir. O son sözünü dedikdən sonra qadınlar onu sərbəst buraxır, ona qayıq, qida və su verərək yola salırlar. O nə demişdi?
6. Hündürlüyü 3 metr, uzunluğu 20 metr, çəkisi isə 3 ton olan beton divar var. Heç bir köməkçi vasitə və alət olmadan həmin divarı necə yıxmaq olar?
7. Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun üzərində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və oğullar digər sahilə necə gedə bilərlər?
8. Kanalizasiya lyukları niyə dairəvidir?
9. Qapısı bağlı otaqda 3 lampa, dəhlizdə isə 3 elektrik açarı var. Qapını ən azı neçə dəfə açıb örtmək lazımdır ki, hansı elektrik açarının hansı lampanı yandırmaq üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün olsun?
10. Tortu üç dəfə doğramaqla necə 8 bərabər hissələrə bölmək olar?
11. Tarlanın ortasında əlində kibrit olan ölü insan tapılıb və heç bir izə rast gəlinməyib. O, nə üçün və hansı şəraitdə dünyasını dəyişmişdir?
12. Avtobusa nə qədər top yerləşə bilər?
13. Həkim xəstəyə iki növdə hərəsindən iki dənə olmaqla olan 4 həb verdi, onları xarici görünüşünə görə bir-birində fərqləndirmək mümkün deyil. Həbləri 2 dəfəyə içmək lazımdır: səhər hər növdən bir həb qəbul edilməlidi; bu, eynilə axşam da təkrarlanır. Əgər doza pozulsa, və ya həb qəbul edilməsə xəstə öləcək. Belə alındı ki, həblər qarışıq düşdü. Müalicə kursunu necə keçmək olar ki, həm də sağ qalasan?
14. Qədim zamanlarda qadınlar kipriklərinin üzərindən ipək parça salardılar. İndi, bu ipək parçaları nə əvəz edir?
15. Kişi ilə qadın. Kişi qadını qucaqlayır və “özümü o qədər xoşbəxt hiss edirəm ki” – dedi. Qadın isə “mənim ürəyim bulanır” – deyə cavab verdi. Amma kişi onu qucaqlamadan əvvəl qadın özünü çox yaxşı hiss edirdi. Buna baxmayaraq kişi qadından incimədi. Qadın niyə elə dedi?
16. David yuxudan durub, paltarını geyib, səhər yeməyini yeyib evdən çıxaraq maşına oturdu. 300 mil getdikdən sonra maşından çıxıb, evə girib yeməyini yeyib yatdı. Yenə də öz evində. Amma 300 mil David düz yol gedib geri qayıtmayıb. Bu necə ola bilər?
17. Kişi birinci dəfə gördüyü qadının yanına gəlib, köynəyinin yaxasını açıb, alt paltarını çıxararaq qadını özüylə apardı. Qadının əri isə bütün bunları görsə də, sakitcə durub baxdı. Əri niyə belə reaksiya verdi?
18. Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 dənə qayıq olur və ancaq 1 nəfər minə bilər qayığa. Buna baxmayaraq hər iki balıqtutan sahili keçir. Necə?
19. Mart ayında həkimlərə çoxlu paraşütçülər gətirilir. Hətta yay vaxtı onların sayı bu qədər çox olmur. Paraşütçülərə xidmət gösətərən həkimlərə nə deyirlər?
20. XIX əsrdə Kanada pullarının üstündə şamanların və cadügarların cadusu yazılırdı. Niyə? 1. Onlar fərqli sahillərdə idilər.
2. Çünki Holms ona ünvanı deməmişdi.
3. Şahmatda.
4. Buz.
5. Qoy məni ən çirkin olan qadın öldürsün.
6. Belə bir divarın qalınlığı 2 santimetrdən artıq olmayacaq ki, bu da onu əlimizlə itələyib aşırmağa imkan verir.
7. İlk olaraq iki oğul qayığa minərək qarşı sahilə yollanır. Sonra qardaşlardan biri qayıqla geri qayıdaraq qayığı atasına verir. Ata qayıq ilə digər sahilə gedir və orada qalır. Bu zaman həmin sahildə olan qardaş qayığa minərək digər sahilə gəlir, qardaşı da qayığa minir və qarşı tərəfə yollanırlar.
8. Bir neçə cavab variantı var. Dairənin diametri bərabər olduğu üçün istənilən halda, nə edirsən et, o quyuya yuvarlanmayacaq. Kvadratda isə əksinədir, kvadratın diaqonalı onun tərəflərindən daha böyükdür, ona görə də qapaq quyuya düşə bilər. Bununla yanaşı belə də cavab vermək olar ki, dairəvi lyukları daşımaq və hərəkət etdirmək daha asandır.
9. Bir dəfə açmaqla. Eyni zamanda iki elektrik açarını yandırırıq, bir müddətdən sonra ikincini söndürürük. Otağa daxil oluruq: lampalardan biri hələ də yanır – bu, birinci elektrik açarına aiddir, daha sonra yerdə qalan lampalara toxunuruq – daha isti olan ikinci elektrik açarına aiddir, soyuq olan isə uyğun olaraq, üçüncüyə aid olur.
10. İlk öncə tortu xaç şəklində 2 dəfə kəsməklə 4 bərabər hissəyə bölmək lazımdır. Daha sonra isə tortu horizontal formada iki yerə bölmək olar. Indi nə olsun ki, tort elə də hündür alınmadı, buna baxmayaraq, sizin 8 bərabər hissəyə bölünmüş tortunuz var. Daha bir variant isə ilk iki kəsikdən sonra tortun hissələrini bir-birinin üzərinə qoymaqla bir kəsiklə iki yerə bölmək olar.
11. Həmin insan aşağı düşməyə başlayan təyyarədən tullandığı üçün ölmüşdür, belə ki qəzanın baş verməsi qaçılmaz idi. Bütün sərnişinlər üçün bir paraşüt çatışmadı və onlar püşk atdılar. Onun bəxtinə qısa kibrit düşdü və o paraşütsüz düşmək məcburiyyətində qaldı. .
12. Sual müəllifinin özü də dəqiq cavabı bilmir, eləcə də top və avtobusların böyüklüyü məlum deyil və əgər məlum olsa da belə avtobusa neçə topun yerləşdiyini heç kim yoxlamayıb. Avtobus üçün müəyyən uzunluq və enlik təyin edin, eləcə də topun ölçüsünü müəyyən edin. Avtobus və topun həcmini hesablayın. Bununla da siz boş avtobusa nə qədər topun yerləşəcəyini tapmış olacaqsınız. Lakin bu zaman oturacaq və avtobusun digər detallarını nəzərə alaraq alınmış rəqəmi bir az azaldın, nəzərə alın ki, toplar kvadrat formada deyil, dairəvidir və cavab verin. Bu zaman məsələnin gedişi və ya həll yolu cavabın özündən daha vacibdir. Sual müxtəlif variantlarda verilə bilər: futbol topları, avtobus əvəzinə otaq və s.
13. Təbii, ən asan cavab kimi həkimə gedərək yenilərini tələb etmək olardı, nəzərə alın ki, bu ölüm-qalım məsələsidir. Lakin ola bilər ki, onlar Yer kürəsində qalmış yeganə həblərdi və ya həkim sirli bir şəkildə yoxa çıxıb və s. Yəni, cavab vermək məcburiyyətindəsiniz. Həm də ki, hər şey olduqca sadədir: hər bir həbi iki yerə bölmək və hər həbin yarısını götürüb səhər və axşam qəbul etmək lazımdır.
14. İpək parçanı indi gün eynəkləri əvəz edir.
15. Qadınla kişi kiçik qayıqdadır və qadının dəniz qorxusu var. Kişi qadını qucaqlayanda, qadının qorxudan ürəyi bulanır.
16. Davidin evi təkərli evlərdəndir. Yəni maşına bağlıdır və hara getsə özü ilə gedir.
17. Həkimdir.
18. Balıqtutanlar üz-üzə durmuşdu. Yəni əks sahillərdə idilər. Biri qayığa minərək sahili keçib o birisinə verir qayığı ki, o da sahilin digər tərəfinə keçsin.
19. Bu həkimlərə veterinar deyilir. Baytar klinikalarında heyvanlara xüsusi ilə də pişiklərə paraşütcü deyilir.
20. Yerli ruhlardan qorxan sakinlər heç vaxt bu sözləri pulun üzərinə yaza bilməzdi. Hökumətdə insanların bu qorxusundan istifadə edərək, pulların üzərinə cadu sözləri yazırdılar ki, saxta pul hazırlayan olmasın. Mənbə. https://az.wikibooks.org/
568 Views