Hazırda dünyada ən çox qazanan yazıçı amerikalı Ceyms Pattersondur, axır 1 ildə onun gəliri 70 milyon dollar olub. 63 yaşlı detektiv ustası Patterson indiyəcən 65 kitab yazıb. Onun ən populyar obrazı vaxtilə polisdə işləmiş psixoloq Aleks Krossdur.
İkinci yerdə vampirlər haqqında romanların müəllifi Stefeni Meyerdir. 37 yaşlı yazıçının 2005-ci ildə çapdan çıxan “Alatoran” (“Twilight”) romanı elə böyük uğur qazanıb ki, ötən il də yazıçıya, yeni kitab yazmasa da, 40 milyon dollar qazandırıb. Bu pulun 7 milyon dolları romana çəkilən filmlərdən gəlib.
Üçüncü yerdə dəhşət və fantastika janrlı bestsellerlərin müəllifi amerikalı Stefan Kinqdir (34 milyon dollar). Continue reading
Son şərhlər