Gələcək Yeni Oyunlar

Gələcək Yeni Oyunlar

Ghost of Tsushima

  Katana samuray temalı bu oyun  Keçən il Sony şirkətinin konfransında anons olunmuş Ghost of Tsushima oyununun bu ilki konfransda ilk gameplay videosu təqdim olundu. Oyun inFamous oyun seriyasının yaradıcısı Sucker Punch studiyası tərəfindən hazırlanır. Ghost of Tsushima-nın baş qəhrəmanı Jin adlı samuray olacaq. O, Tsushima adasını işğal altına alan Monqol ordusuna qarşı mübarizə aparacaq. Artıq videodan da görmək olar ki, oyun necə möhtəşəm qrafikaya və dizayn özəlliklərinə sahib olacaq. Oyun eksklüziv olaraq PS4 üçün hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq

https://youtu.be/FhqTNAlErQc?t=483

Death Stranding

    Sonunda Hideo Kojima tərəfindən hazırlanın Death Stranding oyununun ilk gameplay videosu təqdim olundu. Videodan da görmək olar ki, oyunda həmçinin məşhur aktrisalar Lea Seydoux və Lindsey Wagner iştirak edirlər. Oyun haqqında olan əvvəlki videolar kimi yeni video da çoxlu sayda suallar yaradır. Oyun eksklüziv olaraq PS4 üçün hazırlanır. Onun nə zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur.

The Last of Us Part 2

    Sony şirkətinin konfransı çoxdan gözlənilən The Last of Us Part 2 oyununun ilk gameplay videosu ilə start götürdü. Videodan da görmək olar ki, yeni oyunda zorakılıq səviyyəsi yüksək səviyyədə olacaq. Oyun eksklüziv olaraq PS4 konsolu üçün hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq. Dəqiq olmasada 2019 un iyununda gözlənilir

https://youtu.be/btmN-bWwv0A
568 Views