Məşhur markaların ad və loqo mənası nədir?

Məşhur markaların ad və loqo mənası nədir?

“LG” loqosunda gizlənən məna bizi çox təəccübləndirəcək tiplərdəndir. Belə ki, loqonu bir az sağa doğru 45 dərəcə fırladıb, loqonun mərkəzindəki “L” hərfini kənara doğru sürükləsək, simvolik olaraq gülən adam görüntüsü yaranar. Bu isə “LG”-nin öz müştərilərində təbəssümü görmək arzusunda olduğunun mesajıdır. 1. Audi – Emblemdəki dörd üzük maşın istehsalı üçün bir araya gəlib, ittifaq quran dörd firmanı təsvir edir. Audi adı isə, firmanın keçmiş idarəçilərindən olan mühəndis August Horch tərəfindən qoyulub. 2. SONY – “SONY” adı Lantınca “səs” (Sonus) və İngiliscə “övlad” (Sonny) kəlmələrinin birləşməsindən yaranıb. 3. Mercedes-BENZ – Daimler Chrysler ilə ortaq olaraq maşın istehsal edən Carl Benz maşına ad tapmaqda çətinlik çəkir. Lakin, nəhayət maşına qızının adını, yəni, Mercedes-Benz adını qoyur. Emblemdəki üç ayaqlı ulduz “Mercedes”in quruda, suda və havada gücünü təsvir edir. 4. Adidas – 1920-ci ildə Bavariyalı pinəçi Adolf Dassler, ləqəbi “Adi” və soyadının ilk üç hərfini verdiyi “Adidas”ı qardaşı Rudolphla birlikdə qurub. İkinci Dünya Müharibəsindən sonra iki qardaş dalaşıb, ayrılırlar. Adolf məşhur “üç band”ı “Adidas”ın emblemində istifadə etməyə başlayır. Qardaşı Rudolph isə gedib “Puma” markasını yaradır. 5. Fendi – Dünyada məşhur geyim markası “Fendi” adını Türkiyədə İzmirli bir ailədən gəlir. Ataları İzmirdə Əfəndizadə nəslindən olan bu şəxs, “efendi” kəliməsindəki “E” hərfini ataraq, məhsullarına “Fendi” adını vermişdir. 6) Rene Lacoste, Fransız məşhur bir tenisçi və eyni zamanda modaçıydı. O, 1926-cı ildəki çempionatı qazandığında özünün hazırladığı ağ bir köynək geyinmişdi. Bu köynək, nəmi tutmağa yarayan yüngül parçadan hazırlanmıdı. 1927-ilində keçirilən “Davis Kuboku” ərəfəsində, Rene Lacoste timsah dərisi bir çamadan üçün oynadığı bir mərc səbəbindən Amerikan mətbuatı ona “timsah” ləqəbini vermişdir. Daha sonra dostu  Robert Geore, onun yarışlarda geydiyi paltara bir timsah rəsmi əks etdi və  timsah logosu da belə meydana gəldi. 8) Stanford Universitetində MBA edən Amerika Knight tərəfindən 1972-ci ildə yaradılan Nike nin swoosh adlanan məşhursimvolu, bir universitet tələbəsi tərəfindən hazırlanmışdır. Rəmzinin gətirdiyi qeyri-adi uğur sonrasında, 1983-ci ildə ona, şirkət payı verildiyi bıldırılmışdır.Nike nin əməkdaşlarından Cef Conson, bir gecə yuxusunda Yunan tanrısı Nike’ı görür. Şirkət sahibi Amerika Knight, istehsal etdiyi məhsul üçün “Dimension 6 adını istifadə etməyi düşünərkən, bu yuxu markanın adının dəyişməsində təsirli olur. Məşhur idman mağazası Nike adını alarkən, loqo da 35 dollara bir şagirdə tikilir. Mənbə. bilgibazari
568 Views