Raqnar Lodbrok kimdir ? Vikinqlər serialının əsl qəhramanı tarixdə necə adam olmuşdur?

Raqnar Lodbrok kimdir ? Vikinqlər serialının əsl qəhramanı tarixdə necə adam olmuşdur?

Raqnar Lodbrok

Raqnar Lodbrok — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir.

Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür. Həyatı haqqındakı çox saylı əfsanələr bir-birindən fərqli detallara malikdir.

İngilis antikvarian Hilda Ellis Davidsonun fikrincə Raqnar Lodbrok həqiqətən də mövcud olmuş, illərlə Avropanın qorxusu olmuşdur. Katrin Holmanın fikrincə isə Raqnar Lodbrok əfsanəsi ədəbi uydurmadan başqa bir şey deyil.  Fransa və İngiltərə torpaqlarına basqınlar etmiş, ömrünün sonunda da kral Aella tərəfindən ilan dolu bir çuxura atılaraq edam edilmişdir. Oğulları onun ölümündən sonra Böyük vikinq işğalı başlatmışlar.

Raqnar Lodbrok əfsanəyə görə 3 dəfə evlənmişdir: Lagerta, Kraka Aslauq Siqurdsdatter və Tora Borqarhyört. Övladları:

  • I Björn (Cəsur Björn) - İsveç kralı, Munsyö sülaləsinin banisi.

  • Halfdan Hvitserk - Yorvik kralı

  • Siqurd Raqnarsson - Qoca Qormun babası.

  • Ubbe Raqnarsson - Sinvit döyüşündə öldürülmüşdür.

  • Sümüksüz İvar - Adalar krallığının banisi.

Saqalara mövzu olan bu şəxsi bir neçə tarixi şəxsiyyət ilə əlaqləndirirlər. Raqnar olduğu düşünülən şəxslərdən bir vikinq dəniz qulduru və döyüşçü Raqnaldır. O xüsusilə Fransaya qarətçi yürüşlər etmişdir. Xristian şəhərlərində hücum üçün istifadə etdiyi ən əhəmiyyətli döyüş taktikası şəhərdəki bütün döyüşçülərin kilsədə ayində olduğu bazar günlərini seçməsidir. Ümumiyyətlə böyük miqdarda girov pulu aldıqdan sonra qurbanlarını sərbəst buraxar, eyni yerə davamlı olaraq hücumlar edərək zənginləri talan edərdi.

Fransa ilə müharibə

845-ci ildə Raqnar cənuba doğru yola çıxmışdır. 120 gəmi və təxminən 5 min vikinq döyüşcüsü ilə bərabər Sena çayından başlayaraq Karolenj İmperatorluğunun Fransa Krallığındakı qərb sahillərini qarət etmişdir. Fransanın içərilərinə doğru hərəkət edən vikinqlər Parisi ələ keçirmişdilər. Fransa kralı keçəl Karl, Raqnala şəhərə zərər verməməsi üçün böyük miqdarda daneqeld fidyə ödəmişdir. Səfərə qatılan çox sayda vikinq döyüşçüsünün səfər əsnasında, Raqnalın isə səfərdən dərhal sonra öldüyü deyilir. Parisdən sonra vikinqlər Fransanın digər bölgələrinə doğru irəliləmiş və uzun müddət franklar tərəfindən müqavimətə rast gəlməmişdilər. Sonrakı dövrdə vikinqlər Ruan şəhərini yerlə yeksan etmişdilər. Bölgəyə yerləşən vikinqlər şimallılar mənasında "nordmen", "norsmen" adlandırılmışdılar. Tarixdəki "normand" adı buradan qaynaqlanır, məskunlaşdıqları bölgə isə Normandiyaadlandırılmışdı .

Bütün qaynaqlar Raqnar Lodbrokun İngiltərədə öldüyü mövzusunda həmfikirdir. Raqnarın hansı şərtlərdə Nortumbriya kralı Aellanın əlinə düşdüyü məlum deyil. Raqnarın ölüm tarixi 840 və ya 865-ci il kimi verilir. Atalarının ölüm xəbərini aldıqlarında Raqnarın oğullarının davranışlarına dair müxtəlif əfsanələr olsa da İvarın İngiltərəyə hücum edərək torpaqları qarət etdiyi və kral Aellanı müharibədə məğlub edərək əsir aldığı məlum faktdır. Aella çox əzabverici bir işgəncə olan Blodorn ilə öldürülmüşdür. Böyük bir orduyla irəliləyən vikinqlər Bardni, Kroylend və Medeşampsted monastırlarına hücum edərək və buradakı rahibləri öldürmüşdülər. Səfər əsnasında Şərqi Anqliya kralı Edmund əsr almış və öldürmüşdülər. Bu vuruşmalar Böyük Alfred dövründəki anqlosakson və vikinq döyüşlərin başlanğıcı sayılır.

Qeyd "The Vikings" (1958) filmi - Ernest Borqnin tərəfindən canlandırılıb. Oğlu Sümüksüz İvar isə filmdə Einar adlanmış və bu rol Kirk Duqlas tərəfindən ifa edilmişdi. Hazırda Raqnar rolu "The Vikings" serialında Trevis Fimmel tərəfindən canlandırılır.

Vikinqlərin belgeseli https://youtu.be/MaQ_wZdrBSs?t=1
568 Views