Bəzi inanılan mif deyimlər  (Dünyada yayılan stereotiplər)

Bəzi inanılan mif deyimlər (Dünyada yayılan stereotiplər)

Sarışın qızlar intellektual olmurlar Bu deyimin XVIII əsrdə yarandığı güman olunur. Aktrisa Rozali Dyutt səhnədə sarışın qız obrazını ifa etdikdə onun özünü canlandırdığı deyilirdi. O, Fransız kralları və Avropa zadəganları tərəfindən rəsmi olaraq ilk dəfə “axmaq sarışın” adlandı. “Centlemenlər sarışınlara üstünlük verir” filmində Merlin Monronun obrazı, üstəlik də Barbi kuklaları ilə bağlı analogiya da stereotipin formalaşmasında rol oynadı. Əslində isə, intellektin saçın rəngindən asılı olmadığını hər kəs bilir, sadəcə mif yaşayır. İnsanlar iki hissəyə bölünür: humanitar sahəni seçənlər və texniki sahədə çalışanlar. Qadınlar adətən humanitar sahədə çalışırlar. Riyaziyyatın qadınlar üçün çətin olduğu düşüncəsi tarix boyu kişilərin ovçuluq, silah hazırlanması kimi konkret tapşırıqları həll etmələri, qadınların isə ocaq başında olub ailənin hər üzvünə nə lazım olduğunu hiss etməsi ilə əlaqələndirilir. Bu fakt həqiqət olsa da, hər kəsin həm humanitar, həm də texniki sahədən başı çıxan tanışları var. Döyüşkən cins itlər çox təhlükəlidirlər Bulteryer, pitbull, doberman kimi təhlükəli və aqressiv növ itlər bu mifi sosial şəbəkələrdə gücləndirir. Əslində isə itlərin aqressiyası insana münasibətinə görə mülayimliyə qədər dərəcələnə bilir. Təhlükəli it yoxdur, itini düzgün öyrədə bilməyən təhlükəli sahib var. Sadəcə hadisə baş verəndə döyüşkən itlər daha güclü olduğu üçün çox zərər verə bilirlər. Beynəlxalq Kinologiya Federasiyasının  təsnifatına görə, döyüşkən it cinsi deyə anlayış mövcud deyil. Kişilər susqundur, qadınlar çox danışır Bu stereotipin yaranmasına ilk qığılcımı psixoloq Luan Brizend qadınların gün ərzində 20 min, kişilərin isə cəmi 7 min söz işlətdiyini deyərək vermişdi. Son araşdırmalar göstərir ki, şəraitdən asılı olaraq hər kəs danışmağı eyni dərəcədə sevir. Sadəcə qadınlar bir-biri ilə problemlərini daha açıq müzakirə edirlər, bu da onlara narahatlıqlarını aradan qaldırmağa imkan verir. Kişilərdə isə bu hal zəiflik kimi qiymətləndirilir. Çəhrayı – qızlar üçün, mavi – oğlanlar üçündür Çəhrayı – qadın rəngidir, amma az insan səbəbi haqda düşünür. Bu, hər zaman belə olmayıb. Çəhrayı rəng II Dünya Müharibəsindan sonra çiçəklərlə əlaqəsinə görə “qızların rəngi” oldu. Mavi rəng isə dənizçilərin forması və ciddiliklə əlaqələndiyi üçün “oğlanların rəngi”dir. Yəqin ki, günah sadəcə marketinqdədir. Rənglərə bölünərək daha çox uşaq geyiminin alınması istehsalçılara sərfəli idi. Eynəkli insan – ağıllı və ciddidir Məntiqi əlaqə sadədir: eynəkli insan çox kitab oxumaqdan gözlərini xarab etmək təəssüratı yaradır. Əslində isə, alimlər xüsusən uşaqlıqda küçədə az vaxt keçirən insanların bu sahədə riskdə olduqları qənaətindədirlər. Əlbəttə, nəsil amili, görmə yüklənməsi yaşamaq da buna təsir edir, buna görə də “alim”lərin eynək taxma şansı daha yüksəkdir. Amma yenə də bu düşüncə ağılda tam formalaşmamalıdır. Rokerlər aqressiv və ümumiyyətlə pis insanlardır Rok musiqi tarix boyu protest etməklə məşğul olub. Əslində isə insanların hər biri istəsələr də, istəməsələr də hirsli olurlar. Cəmiyyət bu cür qurulub. Rok musiqi hislərini gizlətməməyə, onları öyrənməyə kömək edir. Tədqiqatlara görə, ağır musiqiyə qulaq asdıqdan sonra insanlar daha aktiv və ilhamlanmış hiss edirlər, əsəb səviyyələri aşağı düşür. Hansı həkimə daha çox güvənmək, ciddi görünən həkimlərin daha güvənilən mütəxəssis olması stereotipi də cəmiyyətdə geniş yayılıb. Yazar. Nəzrin Həsənova Mənbə. oxu.az
568 Views