Bir gecənin tövbəsi
Allahu Təala, Peyğəmbəri Musa Əleyhissalama xitab edib:
- "Ey Musa! Filan məhəllədə, bizim dostlarımızdan biri vəfat etdi. Get onun işini gör. Sən getməzsənsə, bizim rəhmətimiz onun işini görər" buyurdu.
Həzrəti Musa, əmr olunduğu məhəlləyə getdi. Ordakılardan:
- "Bu gecə, burada Allahu Təalanın dostlarından biri vəfat etdimi?" deyə soruşduqda.
- "Ey Allahın peyğəmbəri! Allahu Təalanın dostlarından kimsə vəfat etmədi. Amma filan evdə zamanını
pisliklərlə keçirən bir gənc öldü. Pis əməllərinin çoxluğundan heç kim onu dəfn etməyə yanaşmır" dedilər.
Musa Əleyhissalam: "Mən onu axtarıram" buyurdu. Göstərdilər.
Həzrəti Musa, o evə girdi. Rəhmət mələkləri gördü. Ayaqda dayanıb, əllərində rəhmət qabları olub. Allahu Təalanın rəhmət və lütfünü saçırdılar. Həzrəti Musa, yalvararaq münacaat etdi:
- "Ey Rəbbim! sən buyurdun ki, "O mənim dostum". İnsanlar isə pis olduğuna şahidlik edirlər. Hikməti nədir?"
Allahu Təala: "Ey Musa! İnsanların onun üçün pis demələri doğrudur, amma günahından xəbərləri var, tövbəsindən xəbərləri yoxdur. Mənim qulum, səhər vaxtı, torpağa əyildi və tövbə etdi. Bizim hüzurumuza sığındı. Mən ki Allaham! Onun sözünü və tövbəsini qəbul etdim. Ona rəhmət etdim ki, bu dərgahın ümidsizlik qapısı olmadığı aydın olsun" -deyə buyurdu.
P.S. Allah hər birimizin tövbələrini qəbul edib, günahlarımızı bağışlayar inşaallah. Amin...
Mənbə. kayzen.az