Çox yatanlar, bu xəbər sizin üçündür

Çox yatanlar, bu xəbər sizin üçündür

yuxu ile ilgili görsel sonucu   Alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub ki, həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir.
Maide.az xəbər verir ki, Uorvik universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatan adamlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatan adamlarda da analoji problemlər ortaya çıxıb.
Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappussio deyir ki, yalnız doğru miqdarda yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: “Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir”.
Optimal yuxu ahıl yaşlarındakı insaların beyinlərinin funksiyasını normada saxlayır.
568 Views