Sevdiyimiz filmlərdə bunları görmüşdük?

Sevdiyimiz filmlərdə bunları görmüşdük?

Sevdiyimiz filmləri yəqin ki, dəfələrlə izləyirik. Bəs görəsən yetəri qədər diqqətlə izləyirik mi? Bəzən çox fərqli səhnələr olur ki, heç fikir vermirik. “Home Alone” – Artıq yeni il gəldə və bu kinonun loru dildə desək sezonu bağlandı. Uşaqlığımızdan dəfələrlə izlədiyimiz bu filmdə hər şeyi xatırlayırıq? Bir səhnəni nəzərinizə çatdırım: Kevinin anası yolda ikən, narahat olduğunu bildirir. O deyir ki, sanki bir şeyləri unutmuşam. Həyat yoldaşını rahatlatmaq üçün Kevinin atası bildirir ki, o qarajın qapısını açıq unudub. Daha sonra kinoda da göstərirlər ki, həqiqətən də qarajın qapısı açıq qalıb.   “Harry Potter”in son bölümündə Lucius Malfoy-un boynunda rəqəmlərdən ibarət döymə görünür. Bu Azkabanda həbsdəykən aldığı rəqəmlərdir.   “Hotel Transilvaniya”da toy şəklində Mavis görünmür. Niyə? Çünki o vampirdi, şəkillərdə çıxmır   “Şərq ekspresində qətl” filmində son bölümdəki səhnə Leonardo Da Vincinin “Son axşam yeməyi” rəsmindəki kimidir.

“Titanik”
 gəmisinə diqqətlə baxsanız 4-cü borudan tüstü çıxmadığını görə bilərsiniz. Səbəbi? Çünki gəmi tikilərkən də həmin 4-cü boru dekorasiya üçün qurulmuşdur və həqiqətən də oradan tüstü çıxmırdı.
  Mənbə. bildirchin.az
568 Views