Heyif ( Bəxtiyar Vahabzadə )

Heyif ( Bəxtiyar Vahabzadə )

Heyif o gözlərə o baxışlara, Özgə birisinə baxacaq həmən. Heyif o ilahi qövsi qaşlara, Sınacaq kədərli düşüncələrdən.   Heyif o alovlu ötən çağlara, Uçan yad budağa tez qonacaqdır. Heyif gülə bənzər o dodaqlara, Özgə bir dodağa toxunacaqdır. Gülüm heyif sənə yazıqlar mənə, Qoruya bilmədim məhəbbətimi. Özüm bilə-bilə verirəm yenə, Özgə birisinə səadətimi.
568 Views