Ərzaqlar
- 250 gr ərimiş kərəyağı
- 1 su stəkanı şəkər
- 3 yumurta
- 2 su stəkanı irmik
- 1 su stəkanı un
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Şərbəti üçün:
- 3,5 su stəkanı şəkər
- 3,5 su stəkanı su
- 1/4limon suyu
- Üzəri üçün;
- 2 yemək qaşığı kakao
- 2 yemək qaşığı qoz
- Bəzəmək üçün:
- Krem şanti
Hazırlanması
- Yumurtaları şəkərlə çırpın.
- ərimiş yağı əlavə edin və çırpmağa davam edin.
- İrmiği, unu, qabartma tozunu, vanili əlavə edin və qarışdırın.
- Yağlanmış orta ölçüdə bir soba qabına boşaldın və isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirin.
- əvvəlcədən qaynatdığınız ilıq şərbəti, sobadan çıxan şirniyyatın üzərinə tökün.
- Şirniyyat şərbəti yaxşı çəkəndə, bir qəlib və ya stəkan köməyi ilə dairəvi hissələr kəsib çıxarın.
- Kənarlarında qalan şirniyyat parçalarını bir kasaya qoyun.
- İçinə kakao və qoz əlavə edib qarışdırın.
- Bu kakaolu qarışımı, dairəvi şirniyyatların üzərinə düzgün şəkildə yerləşdirin.
- Krem şanti ilə bəzəyib servis edin.
Nuş olsun!
Mənbə.metbexdenxeberler.com