Justice for Khojaly ( Xocalıya ədalət) keçmiş aksiya
25 Fevral 2011-ci il Böyük Britaniyada olan Azərbaycanlılar və Azərbaycanın dostları birləşərək Londonda keçirilən "Justice for Khojaly, Freedom for Karabakh" - Xocalıya Ədalət kompaniyasının ənənəvi sülh xarakterli etiraz aksiyasında aktiv şəkildə iştirak etdilər. Aksiya sessiz marş və static demonstrasiya şəklində Trafalqar Meydanında 11:00-13:00 saatlarında iki saat olmaqla başladı. London aksiyası York Azərbaycan Cəmiyyətinin sədri Ramin Həkimov, London Metropolitan Azırbaycan cəmiyyətinin sədri Cavid Qədimov və London Azərbaycan Evinin sədri Sənan Əliyev tərəfindən təşkil olunmuşdur. Aksiyanın təşkil olunmasında Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Xaricdə Təhsil alan və məzun olmuş gənclərin İctimati Birliyi Forumu-nun böyük dəstəkləri olmuşdur.
Sülh xaraketri daşıyan etriaz aksiyasında Böyük Britaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti nümayəndələrindən təxminən 100 nəfər iştirak etmişdir. Bunlara misal olaraq London, York, Newcastle, Essex, Oxford, Bristol, Nottingham, East Anglia və başqa şəhərlərdən gələn tələbələrimizi və Türkiyəni təmsil edən dosltarımızi aktiv iştirakçı kimi göstərmək olar.
Aksiyanın keçirilməsində olan əsas hədəf ümümmilli məqsədimiz olan Ermənistan-Azərbaycan arasında baş vermiş 1988-94-cü illər Dağlıq Qarabağ konflitindən əziyyət çəkən insanlarımıza ədalətli yanaşma arzu və tələbinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmasıdır. O insanlar əlavə olaraq 1992-ci il 25 Fevral gecəsi-26 Fevralda Xocalı şəhərində baş verən və nəticə olaraq 613 sivilin Ermənistan ordusu və Sovet piyadalırı tərəfindən qəddarcasına törədilən qətliamına ədalətin verilməsini istəyirlər.
İlkin olaraq, nümayişçilər Trafalqar Meydanından Downing Street - Böyük Britaniyanın Baş Naziri Devid Kameronun daimi oturumda olduğu ofisi-evi önünə qədər səssiz yürüyüş olmuşdur. Daha sonra isə Baş Nazirliyinin önündə bizə polislər tərəfindən ayrılmış yerdə öz şüarlarımızı səsləndirdik. Daha sonra təşkilatçılar tərəfindən Devid Kamerona ünvarnlanan ərizə-vəsalət (petition) Baş Nazirliyə təqdim olundu. Son olaraq Azərbaycanın himni oxunaraq 2 saatlıq London aksiyası sona çatdı.