Namaz hekayəsi
Adam, minəcəyi avtobusun qalxmasına bir saatdan çox müddət olduğu üçün, terminalın yarı işıqlıq koridorlarını gözdən keçirirdi. Əllərini yumaq üzrə bir az irəlidəki məscidə yanaşdığında, iş forması geymiş bir gənc ona doğru gələrək:
- Hər halda namaz qılacaqsınız, dedi. Dəstəmaz alma yerimiz də mövcuddur.
Adam, əlindəki siqaretin külünü cavanın ayaqları dibinə silkələyərək:
- Sən yəqin ki, buranın işçisisən deyə dilləndi. Nə işlə məşğul olursan burada?
Cavan, küncdəki süpürgəyə işarə edərək:
- Təmizlikçiyəm əfəndim, deyə kəkələdi.
Adam, onu lağedici gözlərlə süzərək:
- Mən, namazı sənin kimi heç nəyi olmayanlara buraxdım, deyə dişini ağartdı. Bu iş sizə elə yaraşır ki...
Təmizlikçi gənc, adamın təhqirinə aldırmayacaq qədər olqun idi. Lakin namaza qarşı edilən hörmətsizlik, canını çox sıxmışdı. Verəcəyi cavabı bir müddət düşündükdən sonra, susmağı seçərək işinə döndü.
Adam, məğrur addımlarla oradan uzaqlaşarkən, başının döndüyünü hiss etdi. Kürəyindən çıxardaraq qoluna götürdüyü paltonun ağırlığını da ilk dəfə hiss edirdi. Bir az əvvəl yediyi iki boşqab kabab, güman ki, təzyiqini yüksəltmiş və özünü halsız etmişdi. Bir neçə addım daha atdığında birdən pisləşərək dizləri üzərinə çökdü. Allahdan qolundakı palto ondan əvvəl yerə sərilmiş və yeni aldığı kostyumun çirklənməsini maneə törətmişdi. Adam, çömelmiş vəziyyətdə olmasına baxmayaraq gicəllənən başını yerə söykəyərək bir müddət istirahət etdi və təkrar durduqda, eyni narahatlığı hiss edərək hərəkətini təkrarladı. Lakin, başqaları tərəfindən görülmüş olmaqdan narahatlıq hissi duyurdu. Bunun üçün başını yerdən qaldırıb sağa-sola bakındığında, terminalın çayçısı olduğu aydın şəkildə hiss edilən bir gənclə burun buruna gəldi. Cavan, adamı hörmətli bir ifadəylə salamlarkən:
- Allah qəbul etsin əmi, amma qiblə bir az daha sağa doğrudur- dedi.
mənbə. kayzen.az