Al Paçino ən çətin rolu
Oskar mükafatçısı Al Paçino “The Guardian” qəzetinə müsahibə verib.
O, müsahibəsində işini çox sevdiyini deyib: “İşim mənə həmişə yaşamaq eşqi verib. Ancaq heç vaxt maddiyatçı biri olmamışam. Pul elə də ciddi bir şey deyil. Həyatım boyu heç vaxt maddiyyata əhəmiyyət verməmişəm. Universitet illərində işsiz qaldığım müddəti
nəzərə almasaq, pula böyük ehtiyacım olmayıb. Babam Ceym Gerardi çox zəhmətkeş bir insandı. O, suvaqçı işləyirdi və işindən çox zövq alırdı. İşimi sevməyi ondan öyrənmişəm. Anamın və babamın bir il ara ilə ölmələri mənə çox böyük təsir etdi. Onda hələ 22 yaşımda idim və həyatımda vacib rolları oynayan iki insanı itirmişdim. Özümü unudub içkiyə qurşandım. 1977-ci ildə yenidən həyata qayıtdım”.
Müsahibəsində sosial medianın əhəmiyyətindən də danışan Al Paçino səhifəsində 5.4 milyon bəyənmə olduğunu qeyd edib: “Sosial medianın gücünün fərqindəyəm. İstifadə etməyi xoşlamasam da, “Facebook” səhifəmdə 5.4 milyon bəyənmə var. Sosial medianı söyləmək istədiklərimi deyə biləcək bir platforma kimi görürəm”.
Bununla yanaşı Al Pacino karyerasının ən çətin rolunun “Xaç atası” filmində canlandırdığı Maykl Karleone obrazı olduğunu bildirib: “74 yaşındayam. Maykl Karleone karyeram boyunca oynadığım ən çətin rol idi. Çünki Karloeneyi mafiya olaraq görə bilmirdim. Təbii onda həm də aktyorluq karyeramın hələ başlanğıcında idim. Həm hər gün qarşımda Marlon Brando kimi bir usta var idi”.
Mənbə. senet.az