Odu odla necə söndürürlər?

Odu odla necə söndürürlər?

"Qoca gözlənilmədən ciddi görünüş aldı:- işə başlamaq vaxtı çatmışdır,- deyə səsləndi. - Siz çox gec başa düşmüsünüz, zavallı qoca - deyə, Middlton dilləndi, -alov bizdən dörddə bir mil aralıdır, həm də külək alovu dəhşətli bir sürətlə bizə sarı gətirir! - Belə de! Alov! Mən ondan qətiyyən qorxmuram. Afərin sizə. Əllərinizlə bu qurumuş otları qoparıb atın və torpağı otdan təmizləyin. Tez bir zamanda diametri 20 fut olan sahəni təmizlədilər. Trapper, qadınları böyük olmayan bu sahənin bir tərəfinə çıxartdı və onlara dedi ki, tez alışa bilən paltarlarını yorğanla örtsünlər. Bu ehtiyat tədbirləri gördükdən sonra yolçuları dəhşətli və hündür bir alov dövrəyə aldı. Qoca bu yerin əks tərəfinə keçərək çox quru ot cəngəsini əlinə götürüb tüfəngin lüləsinə keçirdi və qarşıda olan sahəni yandırmağa başaladı, oradakı alışqan materiallar dərhal yanmağa başladı, onda qoca yanan otu hündür kolluğa tullayıb dairənin mərkəzinə çəkildi və nəticəni səbirlə gözləməyi qərara aldı.  Dağıdıcı xarakter daşıyan təbii fəlakət sanki " acgözlüklə" təzə bir şikarın üstünə cumurdu, bir dəqiqənin içində alov otu alışdırmağa başladı. meşədə yanğınQoca dedi: - Hə indi od odu necə söndürdüyünü görəcəksiniz! Heyrətə gəlmiş Middlton səsləndi: - Məgər bu qorxulu deyilmi? Siz düşməni dəf etmək əvəzinə onu bizə daha da yaxınlaşdırırsınız? Yanğın getdikcı artırdı, o, üç tərəfə yayılırdı, dördüncü tərəfə isə yayıla bilmirdi. Çünki şərait yox idi. Ona görə də burada sönməyə başlayırdı. Yanğın gücləndikcə get- gedə daha çox  alovlanır, qarşısında nə varsa, hamısını təmizləyirdi. Alovun yerində tüstülənən qara torpaq qaralırdı. Bu ərazidə otu biçsəydilərdə torpaq belə təmiz olmazdı. Qaçqınların təmizlədikləri yeri alov qalan tərəflərdən bürüyürdü, lakin həmin sahə böyüməsəydi, onların vəziyyəti daha təhlükəli olardı. Bir neçə dəqiqədən sonra alov hər tərəfdən çəkilməyə başladı və adamları tüstüyə qərq elədi, lakin qabağa irəliləyən alov axınının adamlar üçün təhlükəsi yox idi. Oradakılar Trapperin işlətdiyi sadə qaydaya heyrətlə baxırdılıar..." (Kuperin "Preriya" romanından) Indi isə fizikanın qanunlarından istifadə edərək bu məsələyə bir qədər aydınlıq gətirim. Maraqlıdır nə üçün Trapperin alışdırdığı yanğın əks tərəfə deyil, əsas yanğına tərəf gedirdi? Axı, külək əsas yanğın tərəfdən əsirdi və alovu yolçuların üstünə qovurdu. Belə güman etmək olardı ki, Trapperin alovu əsas yanğına doğru deyil, geriyə - çölə doğru yayılmalı idi. Əgər belə olsaydı, yolçular odla əhatələnər və mütləq məhv olardılar. Trapperin sirri nədəfir? - Sadə fizika qanunu bilməsində! Küləyin yanan çöldən yolçulara tərəf əsdiyinə baxmayaraq, qabaqda- alovun yaxınlığında alova qarşı əks hava axını olmalıdır. əslində, əsas yanğının üzərində qızan hava yüngülləşir və çölün hər tərəfindən axıb gələn alova toxunmayan təmiz hava tərəfindən sıxışdırılaraq yuxarı qovulur. Bu zaman yanğındakı alova doğru havanın sorulması prosesi yaranır. Havanın sorulmasl hiss olunana qədər qarşı tərəfdə alov törətmək lazımdır. Məhz buna görə də Trapper tələsmədən lazım olan anı sakitcə gözlədi. Otu bir az qabaq, yəni havanın sorulmasını gözləmədən yandırsaydı, alov ətrafa yayılar və adamlar çıxılmaz vəziyyətdə qalardılar, işi yubatmaq da düzgün olmazdı. Alov həddindən artıq yaxınlaşardı. Mənbə. kayzen.az
568 Views